AFİK

dünyanı gəzib dolaşan; səxavət; elmdə yüksələn.
AFİFƏ
AFİQ
OBASTAN VİKİ
Afik Həsənov
Afik Namik oğlu Həsənov (1 noyabr 1999; Böyük Muruq, Qusar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Afik Həsənov 1 noyabr 1999-ci ildə Qusar rayonunun Böyük Muruq kəndində Namik Həsənovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Qusar rayon Böyük Muruq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afik Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afik Həsənov da səfərbər olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri olan Afik Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Cənubi Afika İttifaqı
Cənubi Afrika İttifaqı — Cənubi Afrika Respublikasının 1910–1961-ci illərdə adı. == Tarixi == 1910-cu ildə Cənubi Afrika ərazisindəki ingilis müstəmləkələrinin (Kap koloniyası, Natal, Narıncı Çay və Transvaal ərazilərinin) birləşdirilməsi nəticəsində Böyuk Britaniyanın dominionu kimi Cənubi Afrika İttifaqı təşkil olundu. 1931-ci il 11 dekabrda Afrika İttifaqı, Hyufaundlend, Kanada, Avstraliya, Yeni Zellandiya və İrlandiya ilə birlikdə Britaniya dominionlarının müstəqil assosiasiyası olan Millətlər Birliyində müstəqil dövlət oldu. İkici Dünya müharibəsi (1939–1945) zamanı Cənubi Afrika İttifaqı Almaniyaya (1939), İtaliyaya (11 iyun 1940) və Yaponiyaya (8 dekabr 1941) müharibə elan etdi. 1942-ci ildə SSRİ ilə konsulluq əlaqələri yaradıldı.(1956-cı ildə kəsilmişdi). Müharibədən sonra ABŞ İngiltərənin zəifləməsindən istifadə edərək Cənubi Afrika İttifaqının iqtisadiyyatında üstün mövqe tutdu. 1948-ci ildə millətçi partiya hakimiyyətə gəldikdən sonra Cənubi Afrika İttifaqı hökuməti aparteid və irqçilik siyasəti yeriməyə başladı. 31 may 1961-ci ildə Cənubi Afrika İttifaqı hökuməti Millətlər Birliyindən çıxdığını və Cənubi Afrika Respublikasının yaradıldığını elan etdi. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild.