Eleonora Evelinq
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]; 16 yanvar 1855 – 31 mart 1898) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü.
== Həyatı ==
1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, ingilis sosialisti Eduard Evelinqin isə həyat yoldaşı və silahdaşı olmuşdur.
Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir.
== İnqilabda rolu ==
Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş, qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K. Marksın bir sıra əsərini çapa hazırlamışdır.