aerostimullaşdırıcı 2021
aeroşəkil
OBASTAN VİKİ
Aerosüzgəc
Aerosüzgəc — çirkabı bioloji üsul ilə təmizləyən qurğu. Biosüzgəcdən fərqli olaraq aerosüzgəcin süzgəc qatı hündürdür (4 metrə qədər). Yüksək oksidləşdirmə imkanını təmin edən süni ventilyasiya qurğusu var. Su çoxlu yarığı olan dibdən su sürgüsünə və ya havanın kənara çıxmasının qarşısını alan analoji qurğuya süzülür. Təmizlənmiş maye ikinci durulducuya (çökdürücüyə) daxil olur. Aerosüzgəcin ölçüsü çirkli suların həcmindən, tərkibindən, konsentrasiyasından və təmizlənmə dərəcəsindən asılıdır. Hava ventilyatorlar vasitəsilə 200 mm su sütunu təzyiqi altında verilir. Sutka ərzində 1 m3 həcmə 5 m3-ə qədər çirkli su qəbul edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Аэрофильтр // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).