ALQIŞLAMAQ

f. Birini təbrik etmək üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalmaq. Artisti alqışladılar. Natiqi çox alqışladılar.
– Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. S.S.Axundov.

// Təbrik etmək.
Alqışla insanın pak əməlini; Uzat yer üzünə hünər əlini. S.Vurğun.
Bir vüqar duyaraq onun səsində; Yer, göy alqışladı bu qəhrəmanı. M.Rahim.

// Məc. mənada.
Kiçik quşlar … gözəlliklərə baxır, o lətafətə bürünmüş təbiəti dadlı nəğmələri ilə alqışlayırdılar. A.Şaiq.

// Çox bəyənmək, tərifləmək, tam razılığını izhar etmək. İrəli sürülən yeni təklifi hamı alqışladı. Onun bu gözəl təşəbbüsünü alqışlamaq lazımdır.

Синонимы

  • ALQIŞLAMAQ təbrikləmək — tərifləmək — bəyənmək
ALQIŞLAMA
ALQIŞLANMA

Значение слова в других словарях