aseksual
aseptik
OBASTAN VİKİ
Aseksuallıq
Aseksuallıq – hərhansı birinə qarşı cinsi istək azlığı və ya cinsi proseslərə maraq azlığı yaxud maraq yoxluğu. Cinsi yönəlim olaraq qəbul edilən versiyalardan biridir. 2004-cü ildə aparılmış bir araşdırmaya görə dünya üzərində aseksualların sayı təxminən 1% olaraq hesablanmışdır. Aseksuallıq, fərdin şəxsi, mental və ya dini inancları kimi hansısa səbəblərdən cinsi proseslərdən qaçınmadan fərqlidir. Bəzən aseksual fərdlər də, partnyorlarını təmin etmək yaxud uşaq sahibi olmaq kimi müxtəlif səbəblərdən cinsi istək azlığına rəğmən cinsi proseslərdə iştirak edə bilərlər. Aseksuallığın cinsi yönəlim olaraq qəbulu və araşdırılması olduqca yeni bir prosesdir. Bəzi araşdırmaçıların aseksuallığı cinsi yönəlim olaraq qəbul etməsinə baxmayaraq, bəzi araşdırmaçılar bu fikirlə razılaşmamaqdadırlar. Özəlliklə sosial media və internetin ortaya çıxmasından sonra aseksual şəbəkələr yaranmağa başlamışdır. Bunlardan ən sürətli məşhurlaşan qurumlardan biri 2001-ci ildə "David Jay"in qurduğu Aseksual Görünürlüyü və Təhsili şəbəkəsidir (Asexual Visibility and Educational Network) - (AVEN). Aseksual fərdlər cinsi çəkim azlığına baxmayaraq, romantik əlaqələr qura bilərlər.