AXAR


1. sif. Daim axan (axmaz əksi). Axar su. Axar çay. Axar bulaq.
– Sevgili bir çoban, on bir yaşında; Düdük çalır axar sular başında. H.Cavid.
Yenə axar çaylar üstdə dəmir körpü qurulacaq. S.Vurğun.
Səltənət axar su axtarırdı. Mir Cəlal.

2. is. Cərəyan səmti, istiqaməti. Suyun axarı. Çayın axarı ilə getmək.
3. məc. Səlis, rəvan, ahəngdar.
Noldu söylədiyin axar qoşmalar; Andımı həsrətlə səni hər nigar?! S.Vurğun.

Синонимы

  • AXAR axar bax səlis
  • AXAR səlis — rəvan — ahəngdar
AXAN
AXAR-BAXAR
OBASTAN VİKİ
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Axarbaxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Axarbaxar (dağ)
Axarbaxar və ya Axar-Baxar — Azərbaycan Respublikasının qərbində, Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən yatmış vulkan. Vulkan dəniz səviyyəsindən 3047 metr yüksəklikdə yerləşir. Vulkan tipinə görə qarışıq vulkan və ya stratovulkanlara aiddir. Son püskürmənin e. ə. 782–773 illərdə baş verdiyi ehtimal edilir. == Etimologiyası == Axarbaxar sözünün bir neçə mənası vardır. Sözün birinci mənası hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer, mənzərə deməkdir. İkinci mənası isə suayrıcı, iki çay və ya su hövzəsini bölən xətt anlamına gəlir. Bu da ounun yerləşdiyi ərazinin coğrafiyasına uyğun gəlir.
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Nilin axarları
Nilin axarları — Xartum və Əsvan arasında Nil çayının altı axarından ibarət silsilə. Nil çayının ənənəvi nömrələnməsi aşağıdan yuxarıya, Əsvandan Xartuma doğru gedir. Nubiya birinci və dördüncü axarlar arasında yerləşir (digər mənbələrə görə, birinci və altıncı arasında). Aşağı (1-2 eşik) və Yuxarı olaraq bölünür. == Geologiya == İkinci, üçüncü və dördüncü axarlar Nubiya dağlarının ərazisində, Nil çayının güclü şəkildə əyildiyi, kursunun istiqamətini dəfələrlə dəyişdirən dağlıq ərazidə yerləşir. Burada çay səhra-ərəb plitəsinin zirzəmisinin kristal süxurlarından keçir. Region seysmik aktivliklə səciyyələnir.

Значение слова в других словарях

весно́ю единовла́стный исполосова́ть ксили́т лю́рекс обтрепа́ться перебры́згивание проклами́рование разруга́ть хорёвый воронёнок кля́тва на кой! несоизмери́мый despot narcotize rag-paper snowstorm tax-paid trumpet call лесомелиоративный начётнический озимые пузыриться убор