1. sif. Bir qıçı qısa və ya əlil olan; topal, çolaq. Axsaq adam. Axsaq at. – Köç dala qayıdanda axsaq keçi qabağa düşər. ( Ata. sözü ).
İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün canına, nədi-nədi, bəy ova çıxıb.
Əbu İmran dərhal adamlarını yarıb bir az axsaq yerişilə irəli çıxdı…
2. is. Qoyunlarda çox, o biri heyvanlarda isə az təsadüf edilən yoluxma xəstəlik (ayaq xəstəliyi).