Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yataqda siqaret çəkməyin (film, 1986)
== Məzmun == Elmi-kütləvi filmdə təsvir olunan əhvalat həyatdan götürülmüşdür. Burada siqaret çəkməyin insan sağlamlığına vurduğu böyük ziyandan danışılır. Eyni zamanda filmdə siqaret yandırılan odun laqeyidlik nəticəsində ətrafdakılar üçün nə qədər təhlükə törədə biləcəyi barədə söhbət gedir. Buna misal olaraq filmdə mehmanxanada baş verən yanğın göstərilmişdir. == Film haqqında == Film SSRİ Daxili İşlər Nazirliyi Yanğından Mühafizə Baş İdarəsinin sifarişi ilə çəkilmişdir.
Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014)
Sənətin sönməyən ulduzu. İsmayıl Osmalı filmi rejissor Sənan Sultanov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film SSRİ Xalq Artisti İsmayıl Osmanlının həyat və yaradıcılığından bəhs edir. Əsas rolları Firudin Bağıroğlu, Mirsadıq Aşumov, Emin Orucov, Elşən Adıgözəlov ifa edirlər. == Məzmun == Film teatr və kino aktyoru, SSRİ xalq artisti İsmayıl Osmanlının xatirəsinə həsr olunub və onun həyat və yaradıcılığından bəhs edir. İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.