Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çətirli dəlikçiçək
Çətirli dəlikçiçək (lat. Androsace umbellata) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Çətirli suoxu
Çətirli suoxu (lat. Butomus umbellatus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suoxukimilər fəsiləsinin suoxu cinsinə aid bitki növü. == Sinonimləri == Butomus caesalpini Neck. Butomus floridus Gaertn. Butomus scutariensis Rohlena [Invalid] Butomus umbellatus f. albiflorus F.Fromm Butomus umbellatus var. minor Ledeb. Butomus umbellatus f. natans V.V.Petrovsky Butomus umbellatus var. parviflorus Buchenau Butomus umbellatus var.
Çətiri qırğıotu
Çətiri qırğıotu (lat. Hieracium umbellatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qırğıotu cinsinə aid bitki növü.
Çətiri qızılçətir
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Çirçik çayı
Çirçik çayı (özb. Chirchiq) — Özbəkistanın Daşkənd vilayəti ərazusindən axan, Sırdəryanın ən gursulu qolunu təşkil edən çay. == Adının etimslogiyası == Çirçik hidronimi öz növbəsində kiçildici xüsusiyyət daşıyır. Çir sözü burada Sırdəryada olan Sır kompanenti ilə əlaqədardır. Ümumilikdə götürdükdə isə Çirçik sözü «Kiçik Sır (dərya)» mənasını verir. Çir çayının adı Baburnamə şeyrlər toplusunda çəkilir. Bu əsəs təqribi olaraq eylə 1518/19—1530 illərdə yazılmışdır. Son yüz illiklərdə isə çayın hazırkı, hidronimi yazılır. Orta əsrlərdə ərəblər Çirçik çayını Nehri-Türk yəni «türklərin çayı» və ya Parak (Farak) — «istiqamətlənmiş, uçan (çay)» olaraq adlandırırdılar. == Ümumi məlumat == Çayın uzunluğ 155 km, hövzəsinin sahəsi 14,9 min.
Qızılsu çayı (Çirçik)
Qızılsu çayı — Özbəkistan Respublikasının Saşkənd vilayəti Bosanlıq rayonu ərazisindən axan dağ çayı. Çay Çirçik çayının sağ qolunu təşkil edir. Çayın ümumi uzunluğu 12 km təşkil edir. == Coğrafi təsviri == Qızılsu çayı öz başlanğıcnı iki bulağın sularının birləşməsindən götürür. Çay Minqbulaq dağının cənub əyəkləri boyunca axır. Sonradan çay ensiz dar dərə ilə cənub istiqamətinə yönəlir. Bu hissədən axan çayların əsas xüsusiyyəti şəlalələr əmələ gətirmələridir. Belə ki, bu çaykarda baş verən gursululuq dönəmində şəlalələrin sayında artım müşahidə edilir. Çay yataqlarının iri daş parçaları ilə donu olması buna səbəb olur. Bu tip kiçik çay bir nüddət sonra quruyur.