Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şənay Aybükə Yalçın
Şenay Aybüke Yalçın (3 sentyabr 1994, Çorum – 9 iyun 2017, Qozluq, Batman ili) — musiqi müəlliməsi. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində musiqi müəllimi təyin olunan Yalçın 2017-ci ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) bələdiyyə sədrinə hücumu zamanı güllənin bədəninə dəyməsi nəticəsində dünyasını dəyişmişdir. Ölümü ciddi rezonans doğurmuş, xatirəsinə müxtəlif təhsil müəssisələrinə onun adı verilmiş, onun həyatından bəhs edən film 2023-cü ildə işıq üzü gördü. == Həyatı və öldürülməsi == 3 sentyabr 1994-cü ildə Çorum ilinin Osmancıq ilçəsində anadan olub. Valideynləri Xocalı soyqırımından bəhs edən cizgi filmində bir qızın ölümündən təsirlənmiş, həmin obrazının adı olan Aybükəyə, nənəsinin adı Şənayı əlavə edib, qızlarını Aybükə Şənay adlandırılmışdır. Körfez Anadolu Liseyini bitirmişdir. Bu müddət ərzində Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili almışdır. Daha sonra Nəcməddin Ərbakan Universitetinin Musiqi müəllimliyi Bölməsindən məzun olmişdur. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində Anadolu Liseyinə müəllim olaraq təyin olunmuşdur. 9 sentyabr 2017-ci il tarixində uşaqlara qiymətləndirmə şəhadətnamələrini payladıqdan sonra dostları ilə birgə maşına əyləşmiş və yola düşmüşdür.