Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçerkəkcikli söyüd
Ağçubuq söyüd (lat. Salix triandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir. Hündürlüyü 5-6 sm-ə qədər olan kol və ya nadir halda ağacdır. Budaqları nazik, elastikdir, zeytun və ya qonurtəhər-yaşıl rəngdədir. Tumurcuqları yumurtaşəkilli, sivri və çılpaqdır. Yalançı zoğları uzun müddət qalan, böyrəkşəkilli və ya yumurtaşəkillidir, dişlidir. Yarpaqları neştərvari, uzunsovneştərvari, elliptik və ya ensiiz elliptikdir, uzunluğu 4-13 sm, eni 0,5-3 sm-dir, qısa sivriləşmiş, qaidə hissəsinə doğru pazşəkilli və ya qövsşəkilli daralmış, kənarları vəzili-mişarvaridir, çılpaqdır, üst tərəfdən tünd yaşıl, alt tərəfdən adətən boz və ya ağımtıl göy rəngdədir, qırmızımtıl və ya sarımtıl rəngli nəzərə çarpan orta damarı vardır. Sırğaları yarpaqların əmələ gəlməsindən sonra açılır, illik budaqların sonunda əmələ gəlir, qaidə hissəsində xırda yarpaqlarladır.
Erkəkcikli böyrəkotu
Erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin böyrəkotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Erkəkcikli böyrəkotu böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır. Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır.