Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astakol
Istakan-Arıta
Istakan-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malikdir. Cənub-qərb sahilləri sıldırımlıdır. Adada 5 metr hündürlüyə malik təpə vardır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Sinniqes-Arı adası yerləşir. Ərazisində elədə böyük olmayan gölləri vardır.
Astakol (Tarım)
Astakol (az-əbcəd. آستاکوْل‎, fars. آستاکول‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 871 nəfər yaşayır (251 ailə).
Suiqo İtako süsən bağı
Suiqo İtako süsən bağı (水郷潮来あやめ園, Suiqo İtako Ayama-en) və ya keçmiş adı ilə Maekava süsən bağı (前川あやめ園, Maekava Ayame-en) – Yaponiyanın İbaraki prefekturasının İtako şəhərində yerləşən yapon süsəni bağı. Hər il burada keçirilən Suiqo İtako Süsən Festivalına görə tanınır. == Tarix və xüsusiyyətlər == Suiqo İtako süsən bağı 1976-cı ilin aprelində açılmışdır. 1,3 hektar sahəni əhatə edən bu sahilyanı bağda 500 növə aid olan 1 milyondan çox rəngli süsən yetişir. Bağ mənzərəsi səbəbilə Yaponiyanın 500 ən gözəl gəzinti yerlərindən biri seçilmişdir. Bağda hər ilin may–iyun aylarında Suiqo İtako Süsən Festivalı keçirilir və 800.000-dən çox şəxs bağı ziyarət etməyə gəlir. Festivalın əsas ənənələrin biri "Evlilik qayığı" adlanır. Bu zaman ənənəvi geyimdə olan və əlində süsənlər tutan əsl bir gəlin kiçik qayıqla çayı keçərək bəyə tərəf gəlir, daha sonra rikşaya minir. Festivalın digər ənənəsi isə "Süsən rəqsi" adlanır. Bağda süsənlərin gözəlliyindən bəhs edən vaka şeiri haqqında abidə, eləcə də, İtako-qasa və İtako gəlini heykəlləri yerləşir.