Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sıxçiçək akasiya
Sıxçiçək akasiya (lat. Acacia pycnantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia leiophylla "Benth., p.p." Acacia petiolaris Lehm. Acacia pycnantha var. petiolaris H.Vilm.
Sıxçiçək sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Sıxçiçək zirinc
Tamkənarlı zirinc (lat. Berberis integerrima) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda və Türkiyədə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir.
Sıxçiçək öküzboğan
Sıxçiçək öküzboğan (lat. Bupleurum densiflorum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.