Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəfəqnur xanım
Şəfəqnur xanım (d. 1833 — ö. 17 mart 1884) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Tofiq Paşanın anası, Misirin Validə Paşası. == Həyatı == === İlk illəri === 1833-cü ildə dünyaya gələn Şəfəqnur xanımın əsli və saraya necə alındığı barədə məlumat yoxdur. Ancaq onun İsmayıl Paşanın anası Hoşyar xanımın xidmətçilərindən olduğu məlumdur. Cütlüyün yeganə övladı Mehmed Tofiq, İsmayıl Paşanın ən böyük oğlu olaraq 30 aprel 1852-ci ildə Qahirədəki Manial sarayında dünyaya gəldi. İsmayıl Paşanın daha öncə 3 ayrı xanımla nikah bağlamasına baxmayaraq, Şəfəqnur xanımın onun vəliəhdini dünyaya gətirməsi və vaxtilə anasının xidmətində olması ona digərlərindən daha üstün yer qazandırmışdı. Vəliəhd olan oğlunun doğumundan sonra rəsmi sənədlərdə "Validə qadın" olaraq anılmağa başlandı. Nəhayət 1866-cı ildə vəliəhd anasıyla evlənməylə bağlı Misir qanununa əsasən, İsmayıl Paşa Şəfəqnur xanımla rəsmi nikah bağladı. Nigahın ardından "dördüncü xanım" ünvanı alan Şəfəqnur xanım oğluyla birlikdə Əl-Qübbə sarayına daşındı.
Fanur Qalin
Fanur Zufaroviç Qalin (1 noyabr 1947, Nuriman rayonu, Başqırd MSSR – 27 noyabr 2017, Ufa) — Sovet, rus və başqırd kimyaçısı, kimya elmləri doktoru (1993), professor, Başqırdıstan Respublikasının əməkdar elm xadimi, Başqırdıstan Respublikası Elmlər Akademiyasının (2012)müxbir üzvü. == Həyatı == Qalin Fanur Zufaroviç 1947-ci il noyabrın 1-də BMSSR-nın Nurimanovski rayonunun Krasnaya Qorka kəndində müəllim ailəsində anadan olub. 1954-1965-ci illərdə Nurimanovski rayonundakı Krasnoqorsk orta məktəbində təhsil almış, oranı gümüş medalla bitirmişdir. 1965-ci ildə Başqırdıstan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və 1970-ci ildə bitirmişdir. Universiteti bitirdikdən sonra BMSSR-in Nurimanovski rayonunun Çandar kənd orta məktəbində kimya müəllimi işləyib. 1971-1972-ci illərdə hərbi xidmətdə olub. 1972-ci ildən Qalin Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Üzvi Kimya İnstitutunda işləmiş, 1973-cü ildə aspiranturada təhsil almış, 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə isə “Üzvi kimya” ixtisası üzrə “(+)-3-karen və sulfonium imidləri əsasında piretroidlərin sintezi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2006-cı ildən Başqırdıstan Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvüdür (2012). == Elmi fəaliyyəti == Qalinin elmi sahəsi kimyadır, o, xlorsulfon turşusunun təsiri altında çərçivə qamma-diketonlarının skeletinin yenidən qurulmasını kəşf etmiş, bu da trishomokuban və dihomobasketan törəmələrinin hazırlanması üçün əlverişli ümumi metodu inkişaf etdirməyə imkan vermişdi.
Fanur Zufaroviç Qalin

Sexanuv
Sexanuv (pol. Ciechanów; [t͡ɕeˈxanuf] ( dinlə)) — Polşanın Mazovets voyevodalığında şəhər. Yeyinti və mapınqayırma sənayesi müəssisələri var. 2021-ci ilin dekabr ayına olan məlumata görə, əhalisi 43,495 nəfərdir.
Şəfaül-əsrar
Şəfaül-əsrar — Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır.