Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adalbert Ştifter
Adalbert Ştifter (23 oktyabr 1805[…], Qorni-Plana[d][…] – 28 yanvar 1868[…], Lins, Sisleytaniya) — avstriyalı yazıçı, şair, rəssam və pedaqoq idi. O, yazılarında təsvir olunan canlı təbiət mənzərələri ilə tanınırdı. == Həyatı == Şifter Bohemiyanın Oberplan şəhərində (müasir Çexiyanın Qorni-Plana şəhərində) anadan olub. O, varlı kətan toxucusu İohann Stifter və həyat yoldaşı Maqdalenanın böyük oğlu idi. İohann 1817-ci ildə aşmış vaqon altında qalaraq əzilib ölmüşdü. Stifter Kremsmünsterdəki Benediktin Gimnaziyasında təhsil alıb və 1826-cı ildə hüquq öyrənmək üçün Vyana Universitetinə getdi. 1828-ci ildə o, Fenni Qraypl-a aşiq oldu, lakin beş il davam edən münasibətdən sonra valideynləri onun sonrakı yazışmalarını qadağan etdi və onun bu itkisi heç vaxt sağalmadı. Şifter 1835-ci ildə Amaliya Muhaupt ilə nişanlanıb, 1837-ci ildə evlənsə də, onlar xoşbəxt ola bilmədilər. Hamilə qala bilməyən həyat yoldaşı və Şifter müxtəlif vaxtlarda Amaliyanın üç qardaşı qızını övladlığa götürməyə çalışıblar. Onlardan biri, Kuliana bir neçə dəfə qaçdı və nəhayət yoxa çıxdı, ancaq dörd həftə sonra Dunayda boğularaq tapıldı.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. == Təsnifat == Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Ştutqart[d] – 19 aprel 1567, Yena) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. == Həyatı == 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.
Spirtli içki
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. == Alkoqollu içkilərin nümunələri == Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Spirtli içkilər
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. == Alkoqollu içkilərin nümunələri == Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Spirtli içki qadağası
Spirtli içki qadağası — spirtli içkilərin istehsalı və satışının qadağan edilməsi.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Tyudor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Tüdor stili

Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
ABŞ-da spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) - Amerika Birləşmiş Ştatlarında 1920-1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.
ABŞ-də spirtli içki qadağası