Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kədərlənmə!
Reaksion əvəzlənmə
Reaksion əvəzlənmə - ilkin və ya əvvəlcə əmələ gəlmiş minerallarla məhlullar arasında gedən metasomatik reaksiyalar nəticəsində yeni mineralların və eləcə də "sülb məhlulların" (dəyişkən tərkibli mineralllar) əmələgəlmə prosesi. Bu reaksiyalarda həm əvəzlənən mineralların kimyəvi komponentləri, həm də məhlullar vasitəsilə gətirilən-çıxarılan kimyəvi elementlər iştirak edir. Bu zaman ilkin mineralların reaksion minerallarla əvəzlənməsi eyni zamanda sülb halında baş verir. == Həmçinin bax == Mineral Sülb məhlul Kimyəvi element == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Gözdə kimyəvi zədələnmə
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.