Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlhəmdülillah
Əlhəmdülillah (ərəb. الحَمْد لله‎) — qısaca Tahmid olaraq bilinən və Şükür Allahadır, Allaha şükürlər olsun anlamında işlədilən söz. Ərəb və digər müsəlman ölkələrində Allahı həmd etmək üçün istifadə edilən ünsürdür. == Quranda yeri == Quranda Fatihə surəsində Bismillahir-Rahmənir-Rahimdən sonra istifadə edilən sözdür. == Sözün istifadə yeri == Əlhəmdülillah kəlməsi İslamın yayıldığı coğrafiyalarda insanlar arasında və gündəlik həyatda geniş istifadə olunur. Sədəqə ilə bərabər hesab edilmişdir. Gündəlik istifadədə təkcə müsəlmanlar arasında deyil, həm də ərəbdillilər və ya müsəlmanlarla yaşayan qeyri-müsəlmanlar arasında rast gəlinir. Bununla belə, Azərbaycan dilində tez-tez gündəlik vəziyyətlərdə bu kəlimənin yerinə "Allaha şükür!" işlədilir. Məsələn, aşağıdakı hallarda geniş istifadə olunur: Yeməkdən sonra. Asqıran şəxs Allaha şükür əlaməti olaraq "Əlhəmdülillah" deyir.