Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əngüştcan (Şəbüstər)
Əngüştcan (fars. انگشت جان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (53 ailə).
Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır. Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur. Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir. Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir. O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.
Quzlu (Üngüt)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (22 ailə).
Təzəkənd Üngüt
Təzəkənd Üngüt — İranın Ərdəbil ostanının Germi şəhristanının Üngüt bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,556 nəfər və 364 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Çinar (Üngüt-i Qərbi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (16 ailə).
Çinar (Üngüt-i Şərqi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 318 nəfər yaşayır (55 ailə).
Avqust
Avqust — Qriqori təqviminin 8-ci ayı. 31 gündən ibarətdir == Tarixi və etimologiyası == Əvvəllər bu ay "seks stili." adlanıb (latın dilindəki lat. Sextilis — "altıncı" sözündən) və 29 gündən ibarət olub. Yuli Sezar Roma təqvimində islahatlar aparan zaman e.ə. 45-ci ildə daha iki günü bu aya əlavə edib və bununla da ona indiki görkəmini verib. Avqust ayı öz adını Roma imperatoru Oktavian Avqustdan alıb. Roma senatı e.ə. 8-ci ildə imperatorun həyatında xüsusilə xoşbəxt dövrü təşkil edən bu aya onun adını verib. Makrobinin sitat gətirdiyi Senatus consultum-a görə Oktavian bir neçə möhtəşəm qələbəsi, o cümlədən Misirin fəth olunması bu aya təsadüf etdiyinə görə onu öz ayı seçib. Bu cür şərəfə bundan əvvəl senat Yuli Sezarı layiq bilib və onun adına uyğun olaraq "kvintili" (latın dilindəki lat.
Bengüsu
Mengüsu — türk mifologiyasında abi-həyat, ölümsüzlük və həyat bəxş edən iksir. "Dirlik Suyu" şəklində də ifadə tapar. Digər adı Bengisudur. Bəzi türk dillərində Mengüsuv və ya Mengüsub da adlandırılar. İçənlərə ölümsüzlük və gənclik təmin edər. Uluqayının dibindəki bir çuxurdan qaynaqlanar. Başında bir gözətçi ruh olar. Bir çay və ya dərə şəklində axar. Bəzən köpük şəklində gəlir. Məsələn, Koroğlu dastanında bir çaydan üç köpük şəklində gəlir.
Mengüsu
Mengüsu — türk mifologiyasında abi-həyat, ölümsüzlük və həyat bəxş edən iksir. "Dirlik Suyu" şəklində də ifadə tapar. Digər adı Bengisudur. Bəzi türk dillərində Mengüsuv və ya Mengüsub da adlandırılar. İçənlərə ölümsüzlük və gənclik təmin edər. Uluqayının dibindəki bir çuxurdan qaynaqlanar. Başında bir gözətçi ruh olar. Bir çay və ya dərə şəklində axar. Bəzən köpük şəklində gəlir. Məsələn, Koroğlu dastanında bir çaydan üç köpük şəklində gəlir.
Nəqusa
Nəqusa (ərəb. النقوسة‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadı dairənin inzibati mərkəzidir və buradakı yeganə kommunadır. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 540 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 125 metr yüksəkdir. Ngusa kommunası Uarqla, Əl-Aliyə, Əl-Həcirə, Hassi-Ben-Abdullah və Sidi-Xuiled kommunaları ilə həmsərhəddir. Sahəsi 2907 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Nequs
Nequs (tam: Çarların çarı — Nquse Negest; amh. nigūs) — 1975-ci ildə monarxiyanın ləğv olunmasınadək Efiopiya (Həbəşistan) imperatorunun titulu. Nequs hakimiyyətin və dövlətin rəhbəri olurdu. İcra və qanunverici hakimiyyəti özündə birləşdirirdi. Əfsanəyə görə İsrail Krallığının üçüncü kralı Süleyman (Solomon) və Səba Məlikəsi Bilqeysin övladları Eritreya dövlətində yaşayan tiqrelərdir. 1890-cı ilə kimi müasir Eritreyanın bir hissəsində yerləşən Medri Bahri və 1974-cü ilə kimi Efiopiya hökmdarı kimi tanınan Bahri Negusun titulu idi. Sonralar Bibliya və ya digər ədəbiyyatda qarşılandıqda, bu titul "Padşah" və "İmperator" sözlərinin tərcüməsi kimi istifadə edilməyə başlandı. == Baxış == "Nequs" sözü qədim Ge'ez Negus Ge'ez ነጉሥ dilindən gələn bir isimdir və tərcümədə "şahlıq" anlamı verir. Son vaxtlar, ən vacib və mühüm: Qojjam, Veleqa və dənizə doğru (Buradan müasir Eritreyanın bir hissəsində yerləşən Bahr Neqasi "Dənizin şahı" adı əmələ gəlir) əyalətlərinin başçılarının vəzifəsi kimi Nequs titulu istifadə olunurdu.
Ogüst
Ogüst (fr. Auguste) — ad. Ogüst Kont — fransız filosofu və sosioloqu Ogüst Lümyer — Kinematoqrafiyanın banisi. Ogüst Roden — fransız heykəltaraş.
10 avqust
10 avqust — Qriqorian təqvimində ilin 222-ci günü. (uzun ildə 223-cü) Bu tarixdə ilin sonuna 143 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1821 — Missuri ABŞ-nin 24-cü ştatı olub. === 1901–cari === 1910 — Antanta Dövlətləri və Osmanlı imperiyası arasında Sevr müqaviləsi imzalanmışdır. === Azərbaycana aid hadisələr === 1990 — Gəncədən 20 km uzaqlıqda Tbilisi-Ağdam marşrut avtobusu partladılmışdır. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında boksçular Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov bürünc medal qazanıb.
11 avqust
11 avqust — Qriqorian təqvimində ilin 223-cü günü. (uzun ildə 224-cü) Bu tarixdə ilin sonuna 142 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1473 — Ağqoyunlular və Osmanlı imperiyası arasında Otluqbeli döyüşü baş vermişdir. === 1601–1900 === === 1901–cari === 1920 — RSFSR və Latviya arasında Riqa sülh müqaviləsi imzalanmışdır. 1932 — Belarusda Belovejskaya Puşça Milli Parkı yaranmışdır. 1960 — Çad Fransadan müstəqilliyini elan edib. 2012 — İranın Şərqi Azərbaycan ostanında zəlzələlər baş vermişdir. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədli qızıl medal qazanıb. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçilər Şərif Şərifov və Toğrul Əsgərov qızıl medal qazanıb.
12 avqust
12 avqust — Qriqorian təqvimində ilin 224-cü günü. (uzun ildə 225-ci) Bu tarixdə ilin sonuna 141 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1121 — Gürcüstan çarlığı və Böyük Səlcuq imperiyası arasında Didqori döyüşü baş vermişdir. === 1601–1900 === 1883 — Sonuncu kvaqqa Hollandiyanın Amsterdam şəhərindəki Natura Artis Maqistra zooparkında ölüb. === 1901–cari === 1981 — IBM PC buraxılmışdır. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləçi Rövşən Bayramov gümüş medal qazanıb. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçi Xetaq Qazyumov bürünc medal qazanıb. 2018 — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya imzalanmışdır.
13 avqust
13 avqust — Qriqorian təqvimində ilin 225-ci günü. (uzun ildə 226-cı) Bu tarixdə ilin sonuna 140 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1895 — ABŞ və İspaniya arasında İspan-ABŞ müharibəsi bitmişdir. === 1901–cari === 1960 — Mərkəzi Afrika Respublikası Fransadan müstəqilliyini elan edib. 1961 — Soyuq müharibə: Şərqi Almaniya sakinlərinin Qərbə qaçmaq cəhdlərinin qarşısını almaq üçün, Berlinin şərq və qərb sektorları arasındakı sərhədi bağlayır və Berlin divarının tikintisi başlanır. 2004 — XXVIII Yay Olimpiya Oyunları Afinada keçirilib.
14 avqust
14 avqust — Qriqorian təqvimində ilin 226-cı günü. (uzun ildə 227-ci) Bu tarixdə ilin sonuna 139 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1920 — VII Yay Olimpiya Oyunları Antverpendə keçirilib. 1947 — Pakistan Britaniya imperiyasından müstəqillik qazanıb. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Mövlud Mirəliyev bürünc medal qazanıb.
15 avqust
15 avqust — Qriqorian təqvimində ilin 227-ci günü. (uzun ildə 228-ci) Bu tarixdə ilin sonuna 138 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1960 — Konqo Respublikası (Brazzavil) Fransadan müstəqilliyini qazanıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan manatı dövriyyəyə buraxılmışdır. 1994 — Azərbaycan və Sinqapur arasında diplomatik əlaqələr qurulmuşdur. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında güləşçi Sabah Şəriəti bürünc medal qazanıb.
16 avqust
16 avqust — Qriqorian təqvimində ilin 228-ci günü. (uzun ildə 229-cu) Bu tarixdə ilin sonuna 137 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1960 — Kipr Böyük Britaniyadan müstəqilliyini qazanıb. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləşçi Mariya Stadnik bürünc medal qazanıb. 2010 — Azərbaycan və Türkiyə arasında Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi imzalanmışdır. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında kanoeçi İnna Osipenko-Radomska və güləşçi Rəsul Çunayev bürünc medal qazanıb.
17 avqust
17 avqust — Qriqorian təqvimində ilin 229-cu günü. (uzun ildə 230-cu) Bu tarixdə ilin sonuna 136 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1668 — Osmanlı imperiyasında Şimali Anadolu zəlzələsi baş vermişdir. === 1901–cari === 1999 — Türkiyədə İzmit zəlzələsi baş vermişdir. 2008 — Amerikalı üzgüçü Maykl Felps Olimpiya Oyunlarında səkkiz qızıl medal qazanan ilk şəxs oldu. === Azərbaycana aid hadisələr === 2008 — Bakıdakı Əbu Bəkr məscidində terror hadisə baş vermişdir. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında güləşçi Mariya Stadnik gümüş, taekvonduçu Patimat Abakarova isə bürünc medal qazanıb.
18 avqust
18 avqust — Qriqorian təqvimində ilin 230-cu günü. (uzun ildə 231-ci) Bu tarixdə ilin sonuna 135 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1958 — ABŞ-də Vladimir Nabokovun "Lolita" romanı nəşr edilib. === Azərbaycana aid hadisələr === 2004 — Afinada keçən 2004 Yay Olimpiya Oyunlarında atıcı İradə Aşumova bürünc medal qazanıb. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında kanoeçi Valentin Demyanenko gümüş, boksçu Kamran Şahsuvarlı və güləşçi Nataliya Sinişin isə bürünc medal qazanıb.
19 avqust
19 avqust — Qriqorian təqvimində ilin 231-ci günü. (uzun ildə 232-ci) Bu tarixdə ilin sonuna 134 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2004 — Google Inc NASDAQ-da ilkin kütləvi təklifini həyata keçirib. === Azərbaycana aid hadisələr === 1995 — Azərbaycan və Uqanda arasında diplomatik əlaqələr qurulmuşdur. 2004 — Afinada keçən 2004 Yay Olimpiya Oyunlarında stend atıcıcı Zemfira Meftahətdinova bürünc medal qazanıb. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında taekvonduçu Milad Beygi və güləşçilər Cəbrayıl Həsənov və Hacı Əliyev bürünc medal qazanıb. == Doğumlar == === 1600-cü ildən əvvəl === 1596 — Elizabet Stüart, Bohemiya kraliçası === 1601–1900 === 1631 — Con Drayden, İngiltərə şairi 1848 — Qüstav Kaybott, Fransa boyakarı 1878 — Vladimir Adoratski, Rusiya inqilabçısı 1881 — Corce Enesku, Rumıniya bəstəkarı 1883 — Koko Şanel, Fransa modelyeri 1889 — Artur Veyli, İngiltərə şərqşünası === 1901–cari === 1912 — Mirvarid Dilbazi, Azərbaycan şairəsi 1946 — Bill Klinton, ABŞ prezidenti 1969 Metyu Perri, ABŞ və Kanada aktyoru Nate Dogg, ABŞ müğənnisi 1970 — Hidayət Rüstəmov, Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı 1996 — Vitali Skakun, Ukrayna hərbçisi == Ölümlər == === 1600-cü ildən əvvəl === E.ə.
1 avqust
1 avqust — Qriqorian təqvimində ilin 213-cü günü. (uzun ildə 214-cü) Bu tarixdə ilin sonuna 152 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1834 — Böyük Britaniyada köləlik ləğv olunub. 1876 — Kolorado ABŞ-nin 38-ci ştatı olub. === 1901–cari === 1936 — Adolf Hitler Berlin şəhərində 1936 Yay Olimpiya Oyunlarını açmışdır. 1980 — Viqdis Finboqadouttir İslandiyanın prezidenti olur və dünyanın ilk demokratik yolla seçilmiş qadın prezidenti olmuşdur. 1981 — ABŞ-də MTV musiqi kanalı təsis edilib. 2021 — ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1996 — Atlantada keçən 1996 Yay Olimpiya Oyunlarında güləşçi Namiq Abdullayev gümüş medal qazanıb.
20 avqust
20 avqust — Qriqorian təqvimində ilin 232-ci günü. (uzun ildə 233-cü) Bu tarixdə ilin sonuna 133 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1940 — Mexikoda sürgündə olan Sovet inqilabçısı Lev Trotski Ramon Merkader tərəfindən buz baltası ilə ölümcül yaralanıb. Trotski ertəsi gün öldü. 1988 — İran-İraq müharibəsi: Təxminən səkkiz illik müharibədən sonra atəşkəs razılaşdırılıb. 1993 — Norveçdə gizli danışıqların raundlarından sonra Oslo anlaşması imzalanıb və ardınca gələn ay Vaşinqtonda açıq mərasim keçirilib. === Azərbaycana aid hadisələr === 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında taekvonduçu Radik İsayev qızıl, güləşçi Şərif Şərifov isə bürünc medal qazanıb.
21 avqust
21 avqust — Qriqorian təqvimində ilin 233-cü günü. (uzun ildə 234-cü) Bu tarixdə ilin sonuna 132 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1911 — "Mona Liza" Luvrun əməkdaşı Vinçenso Perucia tərəfindən oğurlanıb. 1959 — Havay ABŞ-nin 50-ci ştatı olub. 1991 — Latviya 1940-cı ildən Sovet İttifaqı tərəfindən işğal edildikdən sonra tam müstəqilliyini bərpa etdiyini bəyan edib. === Azərbaycana aid hadisələr === 1997 — Azərbaycan və Serbiya arasında diplomatik əlaqələr qurulmuşdur. 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləşçi Xetaq Qazyumov bürünc medal qazanıb. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında boksçu Lorenso Sotomayor və güləşçilər Xetaq Qazyumov və Toğrul Əsgərov gümüş medal qazanıb.
22 avqust
22 avqust — Qriqorian təqvimində ilin 234-cü günü. (uzun ildə 235-ci) Bu tarixdə ilin sonuna 131 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1902 — ABŞ-nin Detroyt şəhərində Cadillac avtomobil şirkəti təsis edilib. 1962 — OAS Fransa prezidenti Şarl de Qolla sui-qəsd cəhdi edib. === Azərbaycana aid hadisələr === 1909 — Qars kanoner qayığı dənizə salınmışdır. 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında boksçu Şahin İmranov bürünc medal qazanıb.
23 avqust
23 avqust — Qriqorian təqvimində ilin 235-ci günü. (uzun ildə 236-cı) Bu tarixdə ilin sonuna 130 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1939 — Üçüncü Reyx və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalanmışdır. 1990 — Ermənistan Sovet İttifaqından müstəqilliyini elan edib. === Azərbaycana aid hadisələr === 1514 — Çaldıran düzündə Səfəvilər və Osmanlılar arasında Çaldıran döyüşü baş vermişdir. 1993 — Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Füzuli və Cəbrayıl rayonunu işğal edirlər.
24 avqust
24 avqust — Qriqorian təqvimində ilin 236-cı günü. (uzun ildə 237-ci) Bu tarixdə ilin sonuna 129 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1572 — Fransada dini müharibələri dövrünün Varfolomey gecəsində katoliklər hugenotlara qarşı qırğın törədiblər. === 1601–1900 === === 1901–cari === 1949 — NATO təsis olunub. 1991 — Ukrayna özünü Sovet İttifaqından müstəqil elan edib. 2006 — Beynəlxalq Astronomiya İttifaqı "planet" terminini yenidən müəyyənləşdirmişdir və Pluton cırtdan planet kateqoriyasına daxil edilmişdir.
25 avqust
25 avqust — Qriqorian təqvimində ilin 237-ci günü. (uzun ildə 238-ci) Bu tarixdə ilin sonuna 128 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1609 – Qalileo Qaliley Venesiyaya ilk dəfə öz teleskopunu nümayiş etdirib 1758 — Yeddiillik müharibə: Prussiya kralı II. Frederik Rus ordusunu məğlub edib 1768 — Ceyms Kuk ilk səyahətinə başlayıb === 1901–cari === 1944 — İkinci Dünya müharibəsi: Paris Antihitler koalisiyası tərəfindən azad edilib. 1960 — XVII Yay Olimpiya Oyunları Romada keçirilib. 2012 — Voyacer 1 kosmik gəmisi ulduzlararası kosmosa daxil olub və bunu edən ilk süni obyekt olmuşdur. === Azərbaycana aid hadisələr === 2004 — Afinada keçən 2004 Yay Olimpiya Oyunlarında güləşçi Fərid Mansurov qızıl medal qazanıb.