Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əziziyə qəzası
Əziziyə qəzası (ərəb. قضاء العزيزية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əziziyə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.467 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Əziziyə nahiyyəsi (ərəbcə: ناحية العزيزية), Hafriya nahiyyəsi (ərəbcə: ناحية الحفرية) və Dəbuni nahiyyəsi (ərəbcə: ناحية الدبوني) == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 112.900 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Əziziyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 12.36%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən ərəb olsa da burada həm də etnik türkmanlar da məskunlaşıb. Türkmanlar qəzanın inzibati mərkəzi Əziziyə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.