Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ənzəli
Ənzəli və ya Bəndər-i Ənzəli (fars. بندر انزلی‎)(Pəhləvilər sülaləsi dövründəki adı - Bəndər-i Pəhləvi) — İranın Gilan ostanında yerləşən şəhər, Bəndər Ənzəli şəhristanının inzibati mərkəzi.
Əvvəlki Konqreslər
Kontinental konqres — Filadelfiya Konqresi kimi də tanınan Kontinental Konqres On üç koloniya nümayəndələrinin birgə qəbul etdikləri razılaşma əsasında formalaşmışdır. Konqres Amerika inqilabı zamanında Birləşmiş Ştatların rəhbər orqanı halına gəlmişdir. Konqres 1774-cü ildən, 1789-cu ilədək üç məsələnin həlli üçün bir araya gəlmişdir. Konqres üçün ilk çağırış 1774-cü ildə Benjamin Franklinə Koloniyalara nümayəndə heyətlərinin formalaşmasına razılığını bildirən, həmçinin Massaçusets ştatında baş verən blokadalara və Dözümsüzlük nümayişlərinə qarşı cəza tədbirlərinin görülməsini nəzərdə tutan qanunların qəbul olunması ilə bağlı idi. Bugünədək qəbul olunan konvensiyalar və sərəncamlar Kontinental Konqresin illər boyu qəbul etdiyi qərarların bir növ tərkib hissəsi olması da bilinməkdədir. Birləşmiş Krallığın təmsilçilərinin nəzərdə tutulan bölüşdürücülüklə razı olub-olmayacağına baxmayaraq, 1776- cı ildə Konqresin ikinci - “Müstəqillik Haqqında Qanun”u yekdilliklə qəbul edildi. Müstəqillik haqqında qətnamənin qəbulundan iki gün sonra yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının yaradılmaaının əsası qoyuldu. Bu, həm də Virciniyadan olan Corc Vaşinqtonun başçılıq etdiyi Kontinental Ordunun yaradılmasını da rəsmiləşdirdi. Ordu Böyük Britaniya ilə müharibə etmiş, Fransa krallığı ilə Hərbi İttifaq bağlamış və müharibə iştirakçılarını kreditlər və kağız pullarla maliyyələşdirmişdir. == Birinci Kontinental Konqres == Birinci Kontinental Konqres 1774-cü il, 5 Sentyabrdan 17 Oktyabradək Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Karpenter Sarayında qısa zaman ərzində bir araya gəlmişdir.
Ənzəli (Rəqs)
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
Ənzəli (dəqiqləşdirmə)
Ənzəli (oyun) — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Ənzəli (rəqs) — Azərbaycanın milli rəqsi. Ənzəli (fars. بندر انزلی‎) — İranın Gilan ostanında yerləşən şəhər, Ənzəli şəhristanının inzibati mərkəzi. Ənzəli şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Ənzəli əməliyyatı (1920) — 1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı.
Ənzəli (oyun)
Ənzəli — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər. Birdə — Ənzəli hay ənzəli.İkidə — Xan əkbəriÜçdə — Xoruz banladı: qu-qulu-qu!Dörddə — Yanbız əzərlər.Beşdə — Taxta çıxarlar. (Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: — Minim, ya düşüm?) Əyilən: -Min və ya düş! — deyir. Oyun yenə davam edir. Altıda — Əl, üst, baş dəyməsin.Yeddidə — Tayəl keçərlər,Səkkizdə — Papaq qoyarlar. Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.
Ənzəli Qanbayev
Ənzəli rəqsi
Ənzəli — Azərbaycanın milli rəqsi. Təqriban 1880-1890-ci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, süzgündür, melodiyasının səslənmə xarakterinə görə "qocayanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayarlar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayır, lakin onu cavanlar da ifa edə bilər.
Ənzəli şəhristanı
Ənzəli Şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Ənzəli şəhəridir. 2006-cı ildə aparılmış siyahıyaalmanın yekunlarına əsasən şəhristanda 133 134 nəfər əhali yaşayır. Əhalisi əsasən giləklərdən ibarətdir.
İslamdan əvvəlki Ərəbistan
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Əzəli Əssumani
Əzəli Əssumani (ərəb. غزالي عثماني‎; fr. Azali Assoumani; 1 yanvar 1959, Mitsudje[d], Qrand Komor) — 2016-cı ildən etibarən vəzifədə olan Komorların hazırkı Prezidenti. 15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi. == Həyatı == Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi.
Bəndər Ənzəli şəhristanı
Ənzəli Şəhristanı — İran İslam Respublikasının Gilan ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Ənzəli şəhəridir. 2006-cı ildə aparılmış siyahıyaalmanın yekunlarına əsasən şəhristanda 133 134 nəfər əhali yaşayır. Əhalisi əsasən giləklərdən ibarətdir.
Ənzəli əməliyyatı (1920)
Ənzəli əməliyyatı—1920-ci ildə baş vermiş hərbi-dəniz əməliyyatı. == Tarixi == Həmin hadisələri təsvir edərkən müxtəlif arxiv materialları ilə yanaşı, ilk növbədə hadisənin fəal iştirakçısı, ekspedisiyanın rəhbəri Fyodor Raskolnikovun ilk dəfə 1934-cü ildə nəşr olunmuş kitabına istinad edəcəyik. Həmin kitab müəllifin faciəvi taleyi ilə əlaqədar olaraq uzun illər SSRİ-də təkrar nəşr olunmayıb, ilk nəşr isə kitabxanalardan yığışdırılıb. Təkrar nəşr yalnız 1964-cü ildə reallaşdırılıb — həmin vaxt ki, Raskolnikov artıq bəraət almışdı. Bununla da, onun haqqında yazılan, habelə onun özünün yazdığı bir çox mətnlər yalnız 1980-ci illərin sonlarından başlayaraq işıq üzü görəcəkdi. Məsələn, Raskolnikovun 1938-ci ildə qələmə aldığı "Stalinə açıq məktub" yazısı, yaxud məşhur Sovet yazıçısı Varlam Şalamovun "Fyodor Raskolnikov" məqaləsi buna sübutdur. Kim idi Raskolnikov? İlk bolşeviklər pleyadasının parlaq nümayəndələrindən biri, atəşin marksist, diplomat, hərbçi, yazıçı və jurnalist Fyodor Raskolnikov (əsl soyadı — İlyin) 1892-ci ildə anadan olmuşdu. Beləliklə, Fyodor Raskolnikovun bioqrafiyası köhnə bolşeviklərin bir çoxunun həyat həkayətindən elə də fərqlənmir — gizli mübarizə, təqiblər, İnqilab, var-gücü ilə Sovet hakimiyyəti uğrunda mübarizə, sonunda isə 1930-cu illərin sonlarının repressiyaları… İranın şimalında, Gilan əyalətində yerləşən Ənzəli şəhəri İranın Xəzər dənizi sahilindəki ən iri limanı idi. Denikinin hərbi hissələri Bakıdan qaçarkən Xəzər donanmasının gəmilərini və texnikasını özləri ilə Ənzəli limanına daşımışdılar.
Dulusçuluqdan əvvəlki neolit A
Dulusçuluqdan əvvəlki neolit A (Pre-Pottery Neolithic A, PPNA) — Levant və Şimali Mesopotamiyanın erkən Neolitik mədəniyyəti, eramızdan əvvəl X-IX e.ə. minillik. Son buz dövrünün sonunda istehsal iqtisadiyyatına keçid nəticəsində yerli Natuf mədəniyyətindən inkişaf etmişdir. Əvvəlcə Fələstinin İerixon bölgəsində təsbit edildi. Yaxın Şərqdəki digər qab qabları və saxsı qablar Neolitik mədəniyyətlərdən əvvəl. PPNA və PPNB təyinatları (Dulusçuluqdan əvvəlki Neolitik A və digərləri üçün) ilk dəfə Ketlin Kenyon tərəfindən bəlkə də ən yaxşı tanınan PPN saytı olan İerixonda kompleks qazıntılarda istifadə etmək üçün hazırlanmışdır. PPNC, Erkən Neolit ​​dövrünə istinad edərək ilk dəfə Eyn Xazalda Geri O. Rollefson tərəfindən təyin edilmişdir. == Mənbə == Garrard AN və Byrd BF. 2013. Fertil Aypara'dan kənarda: İordaniya çölünün gec paleolit ​​və neolit ​​icmaları. Azraq hövzəsi layihəsi.
1920-ci ildən əvvəlki Azərbaycan filmlərinin siyahısı
== 1898 ==