Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azimut
Azimut (ərəb. السمت‎ əs-simt) — mənası "istiqamət" deməkdir. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir. Azimutun dərəcə qiyməti 0°-360° arasında dəyişir. Azimutu kompasla, planda isə transportirlə ölçürlər. Planda cəhətləri təyin etmək üçün şimala olan istiqaməti bilmək lazımdır. Şimala olan istiqamət adətən planın kənarında ox vasitəsilə göstərilir. Ox verilmədikdə isə planın yuxarısı şimal, aşağısı cənub, sağı şərq, solu qərb hesab olunur. == Yerli əlamətlərə görə cəhətlərin təyini == Tutqun havada kompas olmadıqda cəhətlər aşağıdakı yerli əlamətlərə görə təyin edilir. mamırlar və şibyələr əşyaların şimal tərəfində yaxşı inkişaf edir.
Ağzirət piri
Ağzirət piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndindən şərqdə yerləşən ziyarətgah. Mütəxəssislər Ağzirət pirini e.ə. III-II minilliklərə aid edirlər. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Təbii qayalığın içərisi xalça və palazla döşənmiş və ziyarətgaha çevrilmişdir. Təbii qayanın bəzi qisimləri yonularaq şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Ziyarətçilər tərəfindən çıraq və şam yandırıldığı üçün pirin tavanı tamamilə qaralmışdır. Pirin içərisində bir ədəd orta əsrlərə aid çırağın və müxtəlif keramika parçalarının olduğu müəyyən edilmişdir. Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşı sında isə tut ağacı var.
Ağzivər sultan Şamlı
Ağzivər sultan Dəmri sultan oğlu Şamlı (?-1534) — qızılbaş sərkərdəsi, Herat hakimi. == Həyatı == Ağzivər sultan Dəmri sultan oğlu Şamlı elinin Bəydili oymağındandır. Durmuş xan Şamlıdan sonra I Şah İsmayıl Səfəvinin oğlu Sam mirzənin lələsi olmuşdu. Əvvəlcə Nişapurun, sonra Herat əyalətinin hakimi idi. Dəfələrlə özbəklərə qarşı vuruşmuşdu. 1532-ci ildə Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xan Təkəlini və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə Sam mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu. 1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu. Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar sultan mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı.