Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aparteid
Aparteid, apartheyd (afrik. apartheid; azərb. ayrı yaşamaq‎) — İrqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Aparteid genosidi xatırladır və onun bir növüdür. CAR-ın hakim dairələri tərəfindən 20-ci əsr də "ağdərili" olmayan əhaliyə qarşı həyata keçirilən ifrat irqi və milli diskriminasiya və seqreqasiya siyasəti. Aparteidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli-azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. 1910-cu ildə Cənubi Afrika haqqında aktın qəbul olunması Aparteid sisteminin əsasını qoydu. Cənubi Afrika İttifaqında irqçi Millətçi partiya hakimiyyətə gəldikdən sonra (1948) rəsmi dövlət siyasəti kimi tətbiq edildi. 1950–54-cü illərdə seqreqasiyanı kəskinləşdirən bir sıra qanunlar qəbul olundu.
İsrail və aparteid
İsrail və aparteid — İsraildə aparteid rejiminin mövcud olması iddiası. İsrail hakimiyyəti ilə Qəzzə zolağının 2005-ci ilə qədər İsrail tərəfindən işğal olunmuş ərazilərinin və İordan çayının qərb sahilində məskunlaşan yəhudilərdən fərqli olaraq İsrail vətəndaşlığına malik olmayanlar ərəb sakinləri arasında mövcud münasibətlər sistemi bəzi ictimai xadimlər və analitiklər tərəfindən aparteid hesab edilir. Bir sıra hallarda İsrail hakimiyyətinə qarşı aparteid ittihamları ictimai xadimlər tərəfindən bu ərazilərə səfər etdikdən və oradakı vəziyyətlə tanış olduqdan sonra səslənir. Bu yanaşmanın əleyhdarları bunu siyasi böhtan adlandırır, belə tənqidi müəlliflərin və nəşrlərin İsrailin təhlükəsizlik narahatlığını nəzərə almadıqlarını, bununla da onların fikrincə qərəzli olduqları və antisemitizm nümayiş etdirdiklərini qeyd edirlər. İsraildə irqi ayrı-seçkilik qadağandır. İsrail Dövləti irqi ayrı-seçkiliyin bütün formalarını rəsmi səviyyədə qınayır. İsrail hökumətinin fikrinə görə, o, bu cür ayrı-seçkiliyi qadağan etməyə yönəlmiş ardıcıl siyasətə malikdir. == Həmçinin bax == İsraildə fələstinli məhbuslar == İstinadlar == == Əlavə ədəbiyyat == Митчелл Бард. Мифы и факты. Путеводитель по арабо-израильскому конфликту (5000 nüs.).
Apatrid
Apatridlər (lat. apatris və q.yun. ἀ + πατρίς sözlərindən) və ya vətəndaşlığı olmayan şəxs — heç bir dövlətə mənsub olmayan şəxslərə vətəndaşsızlar və apatrtidlər adlanırlar. Vətəndaşsızlıq problemi müxtəlif səbəblərdən meydana gəlir. Məsələn qadın ərə gedənkən vətəndaşlıq qanun vericiliyi "qadın kişinin vətandaşlığına keçir" prinsipinə uyğun onun vətəndaşlığı kənar edilirsə və ərin mənsub olduğu dövlətin qanunvericiliyi qadının vətandaşlığını qəbul etmirsə, uşaq vətəndaşlığı olmayan belə valideynlrdən doğulursa yada şəxs bu və ya digər səbəblərdən vətandaşlığını itirb, yeni vətəndaşlıq əldə edə bilmirsə belə hal yaranır. Vətəndaşsızlıqla bağlı beynəlxalq konvensiya mövcuddur: vətəndaşsızlıq haqqında 28 sentyabr 1954-cü il konvensiyası vətəndaşsızlıq hallarının azaldılması haqqında 30 iyun 1961-ci il konvensiyası == Vətəndaşlığın (milliyyət) olmamasının səbəbləri == İnsan aşağıdakı hallarda vətəndaşlığı olmayan şəxs ola bilər: vətəndaşlığı olmayan valideynlərdən doğuş zamanı, doğum dövlətinin qanunları bu dövlətin vətəndaşlığı olan bir şəxs tərəfindən avtomatik əldə edilməsini nəzərdə tutmursa; dövlət tərəfindən vətəndaşlıqdan məhrum edildikdə; dövlət tərəfindən vətəndaşlıqdan məhrum edilməsi siyasi, etik səbəblərə görə, təhlükəsizlik səbəbindən və ya vətəndaşlığı qanunsuz olaraq alındıqda baş verə bilər; vətəndaşlıqdan könüllü imtina; dövlətin mövcudluğuna son qoyulması halında. Vətəndaşlığı olmayan şəxslərin statusu ilə bağlı Konvensiyanın 1-ci maddəsinə görə, bu status qaçqınlara şamil edilmir. == Vətəndaşlıqdan azadlıq == Beynəlxalq hüquqda, vətəndaşlıq anlayışında praktiki müstəvidə insan hüquqlarına və vətəndaşlığına münasibətdə dixotomiya var. Vətəndaşlığı olmayan şəxslərə qarşı konvensiyaların icrası ilə əlaqədar insanlara könüllü olaraq vətəndaşlıqdan imtina etmək qadağan olunmağa başladı, ancaq yalnız bir vətəndaşı digəri ilə əvəz etdi. === Vətəndaşlıqdan çıxmağın qadağan edilməsi (vətəndaşlıq borc kimi) === Vətəndaşlıqsızlığı azaltmaq üçün siyasi ideyaları həyata keçirmək məqsədilə yaradılan iki beynəlxalq müqavilənin dərc edilməsi nəticəsində vətəndaşlıq hüququ kimi deyil, öhdəlik kimi təqdim edildi.