Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taras Barovets
Taras Dmitroviç Barovets (təxəllüsləri:Тарас Бульба, Чуб, Гонта, Taras Bulba-Borovets kimi məşhurdur; 9 mart 1908 – 15 may 1981, Nyu-York, Nyu-York ştatı) — Ukrayna millətçisi, Polesye Seçi (Bulbovtsi) lideri (1941-ci ilin avqustundan 1944-cü ilə qədər Volın və Polesiyada mövcud olmuş Ukrayna millətçilərinin silahlı təşkilatı). == Həyatı == === Müharibədən əvvəlki dövr === Taras Barovets, Volın vilayətinin (Rusiya imperiyası) Rovno rayonunun Bistriçi kəndində (indiki Rovno vilayətinin Bereznovski rayonunda) anadan olub. O, Dmitri Yuliyanoviç Borovetsin oğlu idi və doqquz uşaqlı bir ailədə böyümüşdü. Uşaq ikən böyük qardaşları onu kartofa bənzəyən burnuna görə “Bulba” ləqəbi ilə çağırırdılar. Borovets özü sonradan bu günləri xatırlayaraq yazırdı ki, bu ləqəb onu Qoqolun "Taras Bulba" əsərini oxuyana qədər çox incitdi,amma sonra ləqəbi ilə fəxr edib. 1932-ci ildə, öz ifadəsinə görə, o, Sovet Ukraynası ərazisində kəşfiyyat məlumatlarının toplanması işini ona həvalə edən keçmiş UMR ordusunun polkovniki İ.Litvinenko ilə görüşüb. 1933-cü ildə Polşa polisi Bıstrıçidə UMR yazısı olan bayraq asan Taras Borovetsin başçılıq etdiyi 5 nəfərlik Ukrayna hərbi təşkilat dairəsinin olduğu barədə məlumat yayıb. 1934-cü ilin yayında Borovetsin kəşfiyyat işi, onun Ukrayna Millətçiləri Təşkilatı ilə əlaqələrinə görə Polşa polisi tərəfindən həbs edilməsi səbəbindən dayandırıldı. O, 3 il müddətinə azadlıqdan məhrum edilib, lakin 1935-ci ilin yazında “nümunəvi davranışa görə” həbsdən azad edilib. 1935-ci ilin payızından 1937-ci ilin qışına kimi Korpilovka kəndində daş karxanası işinin təşkili ilə məşğul olub.