Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Baykovo qəbiristanlığı
Baykovo qəbirstanlığı (ukr. Байкове кладовище) — Kiyevdə yerləşən xatirə qəbiristanığı. Qəbirstanlıq şəhərin ən qədim və fəxri qəbiristanlıqlarından biridir. Sahəsi 72,47 hektar olan qəbirstanlıq Qoloseevski rayonunun Baykova dağında yerləşir. == Adı == 1812-ci il Vətən müharibəsinin və 1828-1829-cu il Rusiya-Osmanlı müharibəsinin iştirakçısı general Sergey Vasilyeviç Baykovun (1772-1848) şərəfinə adlandırılıb. Təqaüdə çıxdıqdan sonra Kiyevdə məskunlaşan general, sahibinin soyadı ilə "Baykov ferması" adlandırılmağa başlayan Libid çayı boyunca yerləşən fermanı satın alır. Sonradan Baykova Qora dağı və onun üzərində yerləşən qəbiristanlıq adını məhz bu fermadan götürmüşdü. == Tarixi == Baykovo qəbiristanlığı 1834-cü ildə katolik və lüteran dinlərinə mənsub şəxslərin ayrı-ayrı hissələrdə dəfn edilməsi məqsədi ilə açılmışdır. Bir müddət sonra (1834-cü ilin dekabrında) orada pravoslav xristianların dəfn edilməsinə icazə verildi. Hər hissənin özünün kilsəsi var idi.
Boris Baykov
Boris Pavloviç Baykov (24 iyul 1896, Kislovodsk, Terek vilayəti – 6 oktyabr 1958, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR xalq artisti (1940). == Həyatı == Boris Baykov 24 iyul 1896-cı ildə Terek vilayətinin Minutka kəndində (hazırda Kislovodsk şəhəri) anadan olmuşdur. O, Həştərxan və Dağıstan Rus Dram teatrında çıxış etmiş, 1930–1952-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Boris Baykov Azərbaycan kinosunda da müxtəlif xarakterli obrazlar yaratmış, bir neçə filmə çəkilmişdir. Bundan əlavə o, Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Boris Baykov 6 oktyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.