Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Beqlov
Aleksandr Beqlov (19 may 1956, Bakı) — rus dövlət xadimi, 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri və Rusiya prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsidir. Vahid Rusiya partiyasının üzvüdür. == Həyatı və təhsili == Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib. == Fəaliyyəti == 1979–1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1991–1997-ci illərdə "Melazel" alman-rus birgə müəssisəsinin baş mühəndisi olub. 1997–1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub. 1999–2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.
Beqlis dili
Beqlis dili — Rusiyanın Azov dənizi dənizi akvatoriyasının şimalında, Taqanroq körfəzində yerləşən qumdan ibarət olan dil. Təqribi olaraq Taqanroq şəhərindən 25 km qərbdə, 30 km isə Krivoy dilindən şərqdə qərarlaşır. İnzibati cəhətdən Rostov vilayətinin Neklinov rayonu ərazisinə daxildir. Dildə bir neçə şirinsulu göl vardır. Onlar isti aylarda quruyur. Dilin sonunda mayak vardır. == Flora və fauna == Dilin ərazisi təbiət abidəsidir. Burada 143 növ bitki qeydə alınmışdır. Onların bir qismi qırmızı kitaba daxildir. Uzun zaman balıq ovuna qoyulan qadağa ördək və qağayıları bölgəyə cəlb edir.