Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilibin rayonu
Bilibin rayonu (çuk. Билибинкэн район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Bilibino şəhəridir. Hal hazırda rayon Çukotkanın ikinci ən böyük rayonudur, sahəsi 174,651.96 km² və ya Çukotka Muxtar Vilayətinin ərazisinin 23,7 % -ni təşkil edir. == Coğrafi yerləşmə == Bilibin rayonu Çulkotka Muxtar Dairəsinin qərb hissəsində, Kolıma çayı hövzəsində yerləşir. Şimal hissədə rayon Şərqi Sibir dənizinə çıxır, qərbdə Yakutiya ilə, cənubda Kamçatka diyarının ərazisi ilə, cənub-qərbdən Maqadan vilayəti ilə, şərqdə Çukotka Muxtar dairəsinin Çaun və Anadır rayonları ilə həmsərhəddir === Təbii xüsusiyyətləri === Relyef Rayondakı ən böyük dağ əmələ gəlmə sahəsi Anyuy dağlıq bölgəsidir. Dağlar suayrıcı rolunu oynayır. Maksimum mütləq yüksəkliklər 1600-1800 m, nisbi aşırımlar isə 400-600 m-dir. Hidroqrafiya Bölgənin çay və göl şəbəkəsi yaxşı inkişaf etmişdir. Ən böyük su yolları Omolon, Bolşoy və Malı Anyuy çaylarıdır.