Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bernie Sanders
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[…], Bruklin, Nyu-York ştatı, ABŞ[…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus) Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır. İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.
Manolo Blanik
Manolo Blanik (isp. Manolo Blahnik; 27 noyabr 1942) — ispan ayaqqabı dizayneri və eyniadlı şirkətin təsisçisi. == Bioqrafiyası == Blanik ailəsinin banan əkdiyi Kanar adalarında, İspan və Çex ailəsində anadan olmuşdur. 1965-ci ildə Cenevrə Universitetini bitirmişdir, burada hüquq və ədəbiyyat öyrənmiş, dizaynı öyrənmək üçün isə Parisə köçmüşdür. 1970-ci ildə Londona köçmüşdür. Vogue Italia jurnalında bir ayaqqabı sütununa rəhbərlik etdi. Eskizlərini görən Diana Vriland, gəncə vaxt itirməməyi və ayaqqabı dizaynı ilə məşğul olmağı tövsiyə etdi. Üç il sonra, Çelsi şəhərində Zapata mağazasını satın alaraq ilk mağazasını açmışdır. 1979-cu ildə Blanik Nyu-Yorkdakı Medison prospektində bir butik açaraq Perri Ellis və Calvin Klein ilə əməkdaşlıq etməyə başlamışdır. 1990-cı illərdə Con Qalyano və İv Sen Loran ilə birlikdə çalışaraq şöhrət qazanmışdır.