Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilistan
Bilistan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Bilistan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Toponim tat dilindəki bil (sucaq yer, bataqlıq, çökəklik) və stan (yer, məkan) sözlərindən (- i birləşdirici şəkilçidir) ibarət olub, “çökəklik (sucaq) yer” mənasındadır. == Əhalisi == Əhali əsasən ləzgilərdən ibarətdir. Əhalisi 79 nəfərdir ki onunda 37 nəfəri kişi, 42 nəfəri qadındır.
Elista
Elista — Rusiya Federasiyasında yerləşən şəhər Kalmıkiya Respublikasına daxildir
Balistan (Urmiya)
Balistan (fars. بالستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (248 ailə).
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Bəlistan (Sərab)
Bəlistan (fars. بالستان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (26 ailə).
BILSAT-1
BILSAT-1 — Kosmos Texnologiyaları Araşdırma İnstitutu tərəfindən hazırlanan və inkişaf etdirilən bir müşahidə peyki. Hazırlanmasına 14 milyon dollar xərclənmişdir. == Başlanması == BILSAT-1 2003-cü il 27 sentyabr tarixində Rusiyanın 132 nömrəli (Plesetsk kosmodromu) meydançadan Kosmos-3M kosmik qurğusu vasitəsilə kosmosa göndərilmişdir. BILSAT-1 kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroloji, torpaq örtüyü / istifadəsi və xəritələşmə, ətraf mühit və şəhərsalma sahələrinə dair tədqiqatlara həsr edilmişdir. İlk görüntüləri 2003-cü il 18 oktyabr Keyptaun, İskəndərun körfəzi, 30 oktyabrda Türkiyə, noyabr 6-da Küveyt şəhəri olmuşdur.
Bistam (Xoy)
Bistam — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Ziyəddin qəsəbəsindən 6 km qərbdədir.
Biştab (Əhər)
Biştab — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 12 km. cənub-şərqdədir.
LitSat-1
LitSat-1 — Litvanın ilk iki peykindən biridir. Wallops adasında Orta Atlantika Regional Kosmos Mərkəzində 0B platformasından uçan Antares 120 fırlatma anbarı üzərindəki 28 Flock-1 CubeSats ilə birlikdə ikinci Cygnus kosmik gəmisindən buraxılmışdır. Launch 2013-cü ilin dekabr ayına planlaşdırılıb, lakin daha sonra 9 yanvar 2014-cü il tarixinə təxirə salınıb. Peyk 28 Fevral 2014 tarixində NanoRacks Cubesat Deployer vasitəsilə Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi .Beynəlxalq Kosmos Stansiyasından yerləşdirildi. Litvanın üç sözü "Lietuva myli laisvę" (Litva azadlığı sevir) kosmosdan yayımlanacaq. Lituanica SAT-1 və LitSat-1 peyklərinin buraxılması Litvada canlı yayımlandı. 6 mart 2014-cü ildə Kaunas Texnologiya Universitetinin (KTU) peyk radio stansiyası ilk dəfə LitSat-1 ilə iki yollu ünsiyyət qurdu.
Bistam döyüşü
Bistam döyüşü və ya Çəmən Bistam döyüşü — 1526-cı ildə Bistam çəmənində Übeyd xanın rəhbərliyi altında özbək qoşunu ilə Səfəvi ordusu arasında baş verən döyüş. == Arxaplan == 1524-cü ildə Durmuş xan Şamlının vəfatından sonra Məşhəd hakimi Burun sultan Təkəli də ustaclı-təkəli qarşıdurmasında qətlə yetirilmişdi. Bu xəbər tez bir zamanda Məşhədə çatdıqda Məşhəd artıq özünü müdafiə edəcək təqdirdə deyildi. Übeyd xan bu fürsəti qənimət sayıb yenidən Xorasana hücum çəkmək planı hazırlıqlarına başladı. Həsən bəy Rumlu "Əhsən ət-Təvarix" əsərində Übeyd xan Özbəyin Tus şəhərini ələ keçirməsi haqqında söhbət adlı başlıqda mövcud vəziyyəti belə şərh edir: "Dərgah əmirlərinin ixtilafı, Xoca Həbibullanın qətli, yolsuz-yordamsız şamluların Xorasandakı istilası, Durmuş xanın ölümü, Burun sultanın qətli və Xorasanın pərişanlığı haqqında xəbərlər Übeyd xana çatdıqda, o, Amudərya çayını keçib Mərvə gəldi. Oradan məiyyəti və ordusu ilə Tus şəhərinə yollandı, sultanlardan və bahadırlardan ibarət bir zümrə ilə həmin şəhərin ətrafına vüqarla qədəm qoydu və şəhəri dairə kimi araya aldı. O zaman Burun sultanın ailəsi və köçü həmin məkanda idi." Beləliklə Übeyd xan Xorasan bölgəsində baş verən qarmaşıqlıqdan istifadə edərək 1526-cı ildə ikinci Xorasan səfərinə başladı. O, ordusu ilə hicri 932 (1525–1526-cı il) Çaharcu bərə körpüsündən keçərək Mərv şəhərinə gəldi. Buradan isə Məşhəd üzərinə yeriyib şəhəri mühasirəyə aldı.Bu zaman Burun sultanın ailəsi bu şəhərdə idi. Yaxın şəhərlərin hakimi olan qızılbaşlar bir müddət şəhəri mühafizə edib qorusalar da, ərzaq azlığı mühasirədəkilərin vəziyyətini çətinləşdirmişdi.Mühasirədəkilər bir müddət sonra Səfəvi sarayından ümidi kəsərək Xorasan şəhərlərinin hakimlərinə adamlar göndərib kömək istədilər.
Lista burnu
Lista burnu — Antarktidanın Cənubi Şetland adalarının Smit adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Riqqs zirvəsinin qolunu əmələ gətirir. Burunun adı Argentina tərəfindən verilmişdir. == Yerləşməsi == Burun Qarmen burnundan 4.26 km cənub-qərbdə, Batak burnundan 2.54 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
VG-lista
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.