Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. == Məzmun == Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. == Nəşr və tərcümə == Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Qaymaqlı vanilli dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər. Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər. == Dondurmanın tarixi == Hər bir desert özünün böyük tarixinə malikdir, bunların bir çox əfsanəvi, yaxud nağıl yolları ilə yayılır. Bu gün isə biz sizin üçün dondurmanın tarixindən söhbət açmaq istəyirik.