Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədi ilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. == Məqsədi == Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Vaduts
Vaduts (alm. Vaduz‎) — Lixtenşteynin paytaxtı.
Veduta
Veduta (it. veduta, "görüntü") — XVIII əsr Venesiyasında xüsusilə məşhur olan Avropa rəssamlıq janrı. Gündəlik şəhər peyzajını detallı təsvir edən şəkil, rəsm və ya qravürdür.
Vudu
Vudu (Benində: Vodun; Haitidə: Vodou; Dominikan Respublikasında: Vudu) — Qərbi Afrika mənsəli animist bir dinidir. Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insanın sitayiş edir. O, 1750–1785-ci illərdə Haitidə meydana gəlsə də ideyasını katoliklikdən və Afrikada yayılmış qədim dini inanclardan götürmüşdür. Bu din özündə müxtəlif tanrılara itaət, onlar üçün heyvanlar qurban vermək və insan ruhunu tamamilə ələ keçirmək mənasını ifadə edir. Fon dilindən vudu, "hər an insan həyatının bütün sahələrinə müdaxilə etmək qüdrətinə malik qorxulu, sirli, gözə-görünməz güc" kimi tərcümə olunur. Bu dinin əsasında şamanizm elementləri ilə yanaşı, möhkəm bünövrəyə malik xüsusi struktur durur. Vudu dinində tək tanrıya, Bondyeyə sitayiş olunur. O, bəşəriyyətdən uzaq, məlum olmayan məkanda təsəvvür edilir. İnanca görə, ondan aşağıda üç ruhi varlıq mövcuddur: 1) Loa. İnsan həyatını tənzimləyən ruhlar birliyi, bu dünyada təcəssümünü tapan enerjidir.
Özüt
Özüt - türk və altay xalq inancında can. Üzüt və ya Öz (Ös) də deyilir. Məşhur olaraq istifadə edilən və bir-biriylə əlaqəli iki mənası var: Həyat gücü. Adamın həyatda olmasının göstəricisi. Ən çox quş, ilan və balıq olaraq təmsil edilər. Ruh anlayışıyla yaxından əlaqəlidir. Dörd qanadlı Bürküt quşu ordular döyüşərkən üzərlərində gəzər, çünki bu quş bütün bir ordunun ruhudur. "Öz Yerinə Öz" (Aylanu) anlayışı isə bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir və ən gözəl və ən mükəmməl nümunəsi Dəli Dumrul əfvalatında iştirak edər. Özütlerin öldükdən sonra toplandığı yerə gedən iki çaydan bəhs edilir. Bu çay yeni ölənlərin ruhlarını ora aparar.
Vaduts FK
"Vaduts" (alm. Fussball Club Vaduz‎) — Lixtenşteynin futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 14 dəfə Avropa kuboklarında iştirak edib.
Vaduz FK
"Vaduts" (alm. Fussball Club Vaduz‎) — Lixtenşteynin futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 14 dəfə Avropa kuboklarında iştirak edib.
Vedat Albayrak
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vedat Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Vədud Müəzzin
Vədud Müəzzin — azərbaycanlı heykəltaraş, rəssam və musiqiçi. == Həyatı və təhsili == Vədud Səlim oğlu Müəzzin 1960-cı il avqust ayının 11-də Ərdəbil şəhərində anadan olmuşdur. Ali təhsil almaq üçün Tehrana gedib. Lakin İran inqilabından sonra oxuduğu universitet bağlanır. Daha sonra ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil alıb. == Fəaliyyəti == 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Bir sıra rəssamlıq və incəsənət kurslarında iştirak edib. Vətənə geri döndükdən sonra da həm ölkədə həm də ölkə xaricində sərgiləri keçirilir. 1990 və 2000-ci illərdə Los-Anceles şəhərində, 1992–ci ildə Fransada, 1995–ci ildə Kanadada, 1997 – 1999 - 2012-ci illərdə Tehranda, 1998-ci ildə Dubayda, 2000 - 2013 - 2018-ci illərdə Bakıda, 2004–cü ildə Təbrizdə, 2005 - 2007-ci illərdə Ərdəbildə fərdi sərgiləri keçirilmişdir. Rəsm əsərlərindən ibarət 4 albom-kataloq işıq üzü görüb.
Əl-Vədud
Əl-Vədud (ər. الودود) — Allahın adlarından biri.
Kitabül-vüdu
Kitabül-vüdu - Seyid Yəhya Bakuviyə məxsus əsər. Bu əsərdə dəstəmazın təsəvvüfi mənası verilmişdir. Dəstəmazın cismani və ruhani olmaq üzrə iki qism olması, ruhani mənasının Allahdan başqa hər şeydən ayrılmaq mənasına gəldiyi, bunu üçün də kamil bir şeyxə tabe olmağın gərəliyi bildirilir. Əsərdə dəstəmazda yuyulan əl ,ayaq, üz və baş kimi dörd üzvün nəfsin əmmarə, ləvvamə, mülhəmə və mütmainnə kimi dörd halına işarə olası fikri ifadə olunmuşdur. Bundan başqa əsərdə yuyulması vacib olan yeddi üzvün də nəfsin yeddi mərtəbəsinə işarə olduğu açıqlanır, təsəvvüfdə şeyxə bağlanmağın vacibliyi təkrar edilir və şeyxi olmayanın şeyxinin şeytan olduğu bildirilir. Ərəb dilində olan bu əsər Seyid Yəhyanın fars dilində digər əsəri Əsrarül-vüdu ilə səsləşsə də, məzmunu demək olar ki, tamamilə fərqlidir. Əsərin Atatürk Kitablığında olan yeganə nüsxəsi Camalül Xəlvəti adına qeyd olunmuş, ancaq əvvəlində Seyid Yəhya Şirvaniyə aid olduğu qeyd edilmişdir. Əsərdə “Qalə əş-şeyx” ifadəsinin tez-tez işləndiyini nəzərə alsaq, Camalül Xəlvəti tərəfindən ərəb dilindən tərcümə edildiyi ehtimal oluna bilər. Əsər 1199/1785-ci ildə İbrahim ibn Hüseyin tərəfindən köçürülmüşdür. Hal-hazırda İstanbul Atatürk Kitablığı,Osman Ergin,1683 nömrədə qorunur.
Vaut Veqorst
Vaut Veqorst (7 avqust 1992, Amsterdam) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunayteddə icarə əsasında çıxış edir.