Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedran Smayloviç
Vedran Smayloviç — "Sarayevonun Violonçel İfaçısı" kimi tanınan Bosniya və Herseqovinadan olan musiqiçi. 1956-cı il noyabrın 11-də anadan olub. O, Sarayevo Simli Kvartetinin keçmiş violonçelisti kimi fəaliyyət göstərib. Sarayevo şəhərinin mühasirəsi zamanı dağıdılmış binaların arasında və əksər hallarda snayperlərin təhlükəsi altında həlak olanların dəfn mərasimi zamanı Tomazo Albinoninin “Adajio Sol Minor” əsərini ifa etmişdir. Onun cəsarəti daha sonralar musiqi nömrələrinin və hadisələri təhrif edən kitabın yazılmasına gətirib çıxardı. == Fəaliyyəti == O, Sarayevo Operası, Sarayevo Filarmoniya Orkestri, Sarayevonun Simfonik RTV Orkestri və Sarayevo Milli Teatrında oynayıb. == Sarayevonun Violonçel İfaçısı == Sarayevo şəhərinin mühasirəsi zamanı öz violonçelini davamlı olaraq dağıdılmış binaların arasında Albinoninin əh məşhur əsərlərindən olan “Adajio Sol Minor” əsərini ifa etməklə bütün dünyanın diqqətini bu hadisələrə yönəltmişdir. Smayloviç həmçinin mühasirə zamanı dəfn mərasimlərində də violonçeli ifa etmişdir, halbuki dəfn mərasimləri tez-tez snayperlər tərəfindən hədəfə alınırdı. Onun şərəfinə, bəstəkar David Vilde violonçeldə solo ifa etmək üçün "Sarayevonun Violonçel İfaçısı" əsərini yazır. Bu əsər daha sonralar YoYo Ma tərəfindən lentə alınır.
Vedat Albayrak
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vedat Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Konstantin fon Neyrat
Konstantin Karl Herman fon Neyrat (alm. Konstantin Karl Hermann von Neurath‎; 2 fevral 1873[…] – 14 avqust 1956[…]) — alman diplomatı, Almaniyanın Xarici İşlər Naziri (1932-1938), Bohemiya və Moraviyanın Reyx-protektoru (1939-1943); SS-oberqruppenfüreri (21 iyun 1943), 1941-ci ilin sentyabrından sonra o, Hitler tərəfindən faktiki olaraq vəzifəsindən kənarlaşdırılaraq yalnız nominal olaraq Reyxprotektor vəzifəsini tutmuşdur.