Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morennıe
Morennıe — Kara dənizinində, Şimal Torpağı arxipelaqının şimalında yerləşən adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Komsomoles adasından şimalda Labirint körfəzidə yerləşir. Qrupa daxil adaların sayını dəqiq müəyyən etmək çətindir. Bəzilərinin sahəsi olduqca kiçikdir. Ən böyük adanın uzunluğu yarım km-dir. Maksimal hündürlüyü 11 metrdir. Əsasən qumsalıqlarla örtülüdürlər. Adalarda kiçik göllər vardır. Adaların ayrıca adları yoxdur.
Bonnie Tyler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. == Erkən illəri == Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. == Ədəbiyyat == Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Vinnie Jones
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. == Həyatı == O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.