Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volkov
Volkov — Ruslarda daha çox işlədilən soyad. Nikolay Volkov (böyük) — aktyor (1900–1985) Nikolay Volkov (kiçik) — aktyor (1934–2003) Vladimir Volkov — Aktyor Oleq Volkov — Rusiya publisisti.
Yekaterina Volkova
Yekaterina "Katya" Volkova (2 iyul 1997, Vantaa) — Finlandiyanı təmsil edən rus əsilli bədii gimnast. Yekaterina Volkova 2016-cı ildə Finlandiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yekaterina Volkova 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 67.515 xal topladı və 21-ci yeri tutaraq mübarizəni dayandırdı.
Yuliya Volkova
Yuliya Oleqovna Volkova (rus. Юлия Олеговна Волкова; 20 fevral 1985, Moskva) — T.A.T.u. qrupunun üzvü olan Rusiya müğənnisi.
Anjela Volkova
Anjela Volkova (29 iyun 1974) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Anjela Volkova 1974-cü il iyunun 29-da anadan olub. == Karyerası == Anjela Volkova 1999-cu ildə Seul şəhərində (Cənubi Koreya), 2002-ci ildə Lissabon şəhərində (Portuqaliya) və 2003-cü ildə Havana şəhərində (Kuba) baş tutan Dünya Çempionatlarının, həmçinin 2002-ci ildə St. Peterburq şəhərində (Rusiya) və 2003-cü ildə Burj şəhərində (Fransa) baş tutan Avropa Çempionatlarının bürünc medallarına sahib olub.
Anastasiya Volkova
Anastasiya Volkova (təq. 1992, Ukrayna) — kənd təsərrüfatı yenilikçisi. Peyk və avtonom dron texnologiyasından istifadə edərək, bitkilərdə xəstəliklərin erkən göstəricisini təyin edə bilir. O, Ukrayna, Polşa və Avstraliyada təhsil alıb. 2020-ci ildə o, Ukraynadakı Flurosat şirkəti ilə biznes əlaqələrinə görə Avstraliyada yaşayırdı. Onun fəaliyyəti BBC və MIT Technology Review tərəfindən tanınıb və 2020-ci ildən etibarən əhəmiyyətli maliyyə vəsaiti alır. == Həyatı == O, Kiyevdə ali təhsilini başa vurduqdan sonra, magistr dərəcəsi almaq üçün Polşaya yollanıb. Üç il Avstraliyada yaşadıqdan sonra o, doktorluq dərəcəsini 2018-ci ildə Sidney Universitetində tamamlayıb. Fermerlərə məhsulu haqqında məsləhət vermək üçün peyk şəkillərini təhlil edən Flurosat adlı şirkət quran Anastasiya 2017-ci ildə onun maliyyələşdirməsi üçünA1 milyon dollar təklifini təklif etdi. 2019-cu ilə qədər şirkət 8,6 milyon dollar, o cümlədən Microsoft M12-nin rəhbərlik etdiyi qrupdan 3,2 milyon dollar qazanıb.
Adrian Volkov
Adrian Markoviç Volkov (rus. Адриан Маркович Во́лков; 1829 və ya 19 (31) avqust 1827 – 1873 və ya 1 (13) fevral 1873, Sankt-Peterburq) — Rusiya janr rəssamı. == Həyatı == Adrian Volkov. A.S.Puşkinin son atəşi 1841-1861-ci illərdə Volkov Rəssamlıq Akademiyasında oxudu. 1855-ci ilə qədər Adrian professor Fyodor Bruninin yanında tarixi rəsm dərslərinə yiyələnirdi, daha sonra "xalq səhnələrinin boyanması" sinfinə keçdi. 1852-ci ildə Kiçik Gümüş Medal, 1853-cü ildə Böyük Gümüş Medal qazandı. 1855 və 1857-ci illərdə kiçik gümüş medallar aldı. 1858-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" rəsminə görə Akademiyanın Kiçik Qızıl Medalı ilə mükafatlandırıldı. 1860-cı ildə "Dayandırılmış nişan" rəsm əsərinə görə Qızıl Medalla təltif edildi. 1861-ci ildə "Sankt-Peterburqda qarınqulaq sırası" əsərin görə sinif rəssamı adını aldı.
Oleq Volkov
Oleq Vasilyeviç Volkov (8 (20) yanvar 1900, Sankt-Peterburq – 10 fevral 1996[…], Moskva) — Rusiya publisisti. == Həyatı == Oleq Vasilyeviç Volkov 21 yanvar 1900-cu ildə Sankt-Peterburqda dvoryan ailəsində doğulmuşdu. V.Nabokovla birlikdə Tenişev məktəbini bitirmiş, Moskvada Nansenin diplomatik missiyasında, Aclara kömək komitəsində tərcüməçi işləmişdir. Vətəndaş müharibəsində ağlar tərəfdən vuruşduğuna görə 1928-ci ildə həbs olunmuş, 27 il həbs və sürgün həyatı keçirmiş, 1955-ci ildə bəraət almışdır. İngilis və fransız dillərini gözəl bilən Volkov həmin dillərdən rus dilinə, rus dilindən fransız dilinə tərcümələr etmişdir. “O dolu düşməliydi…” (1974), “Cığırın sonunda” (1977), “Kudeyarın xəzinəsi” (1963), “Orada hər bir daş canlıdır” (1985), “Belə olmaz, qadağandır” (1976), “Hamı cavabdehdir” (1989) və s. kitabların müəllifidir. Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülmüş yazıçı 1996-cı ildə Moskvada vəfat edib. O.Volkov “Zülmətə eniş” (və ya “Zülmətə enərkən”) xatirə-romanında Azərbaycan milli mübarizləri mövzusunu hələ 1928-ci ildən, Butırka həbsxanasında onlarla tanış olduğu vaxtdan diqqətdə saxlamış, bir sıra müsavatçılarla dost olmuşdur. O, xalqımızın davranışına, özünü ləyaqətlə aparmasına, azərbaycanlıların həmrəyliyinə və birliyinə, bir-birinə münasibətlərinə yüksək qiymət vermişdir.
Volkov (Avurğazı)
Volkov (başq. Волков, rus. Волково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tukay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (88%) üstünlük təşkil edir.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Yekaterina Volkova (sənətçi)
Volkov-Remi binası
Volkov-Remi binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində bir mərtəbəli bina. Şmidt küçəsi, ev 16 ünvanında yerləşir. Bina 1802-ci ildə inşa edilmişdir. qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == İki mərtəbədən ibarət olan bina 1802-ci ildə inşa edilmişdir. Bina ampir stilində inşa edilmişdir. Layihəsinin müəllifi təlum deyildir. Əvvəllər binanın yerində bağ olmuşdur. Volkovlar binaya XX əsrin əvvəlırinə qədər sahib olmuşdur. Bundan sonra binanı Nikolay Aleksandroviç Remi satın almışdır.
Tolman-Openhaymer-Volkov tənliyi