Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osminoq
Səkkizayaqlılar (Oktapodlar) (lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") — Molyusklar tipinin başıayaqlılar sinfinə aid dəstə. == Maraqlı məlumatlar == Ən iri gözlü heyvan səkkizayaqlıdır. Onun gözünün diametri 40–50 sm-dir.
Doktor Osminoq
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir. 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur.
Nəhəng osminoq
Nəhəng osminoq (lat. Enteroctopus dofleini) — Enteroctopodidae fəsiləsinə, Enteroctopus cinsindən olan osminoq növü. Osminoqların ən böyük növüdür. Növ alman zooloqu Gerhard Vülker (alm. Gerhard Wülker‎, 1885–1930) tərəfindən 1910-cu ildə izah edilmişdir. == Yayılması == Sakit Okeanın şimalında, Yapon, Oxot və Berinq dənizlərində, eləcə də Şimali Amerikanın Sakit okean sahillərində, Aşağı Kaliforniyadan şimal-şərqdə Alyaskaya və qərbdə Yaponiyaya, tropikdən subarktik qurşağa qədər yayılmışlar. Qabarma və çəkilmə zonasında, 180 metrədək dərinlikdə, sahildən mareik çelfinin kənarına qədər 800 m dəyinlikdə bəzənsə 1500 metrədək dərinliklərdə olurlar. Nəhəng bir osminoq olaraq Yaponiya və Koreya yarımadasından Saxalin adasının cənub hissəsi olan Primorye bölgəsinə, o cümlədən: Kuril adaları, Kamçatka, Komandor və Aleut adaları arasında paylanır. Hal-hazırda erkəklərin və ən böyük dişilərin azalması müşahidə olunur. == Morfologiya == Nəhəng osminoqun çəkisi 2 ilə 10 kq arasında dəyişir.