Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaterlo döyüşü
Vaterlo döyüşü — 1815-ci il 18 iyun tarixində Niderland Birləşmiş Krallığının ərazisində (müasir Belçika) baş vermiş və Napoleon Bonapartın başçılığı altındakı fransız ordusunun Lord Vellinqtonun rəhbərlik etdiyi Britaniya və müttəfiq qoşunları, həmçinin Gebhard Blüxerin rəhbərliyi altındakı Prussiya ordusundan ibarət Yeddinci koalisiya ordularına məğlub olduğu döyüş. == İstinadlar == == Ədəbiyyat == Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2005, ISBN 1-84354-310-9 Barbero, Alessandro, The Battle: A New History of Waterloo (translated by John Cullen) (paperback), Walker & Company, 2006, ISBN 0-8027-1500-1 Barbero, Alessandro, The Battle: A New History of Waterloo, Atlantic Books, 2013, səh. 160, ISBN 9781782391388 Adkin, Mark (2001). The Waterloo Companion. Aurum. ISBN 1-85410-764-X Barbero, Alessandro (2005). The Battle: A New History of Waterloo. Atlantic Books. ISBN 1-84354-310-9 Beamish, N. Ludlow (1832, reprint 1995). History of the King’s German Legion.
Mitsubishi Pajero
Mitsubishi Pajero — Mitsubishi şirkətinin model baxımından flaqmanı hesab olunur. Dakar rallisinin 12-qat çempionudur və son 6 ildə dalbadal bu yarışmanın qalibi olub. Hazırda bu maşınların 4-cü nəsli istehsal olunur. İlk dəfə Pajero 1976-cı ildə Tokio avtosalonunda nümayiş etdirilmişdir. O Mitsubishi Jeepin bazası əsasında yaradılmışdı. Pajero (pəˈhɛroʊ, pɑˈxɛroʊ) modeli Cənubi Argentinanın pataqoniya platosunda yaşayan pampas pişiyinin (Leopardus pajeros) şərəfinə belə adlandırılmışdır.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Jose Luis Rodriguez Zapatero
Jose Luis Rodríguez Zapatero (6 avqust 1960[…] və ya 4 avqust 1960, Valyadolid, Kastiliya və Leon) — İspan siyasətçi. 2005-ci il etibarilə İspan Sosialist İşçi Partiyasının (İspan "Partido Socialista Obrero Español") ümumi başçısı və İspaniyanın baş naziridir. Baş nazirlik dövrünün əhəmiyyətli hadisələri, İspaniyanın İraqdakı əsgərlərini geri çəkməsi və həmcinsi evliliyini qanuniləşdirməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Mədəniyyətlər ittifaqı layihəsinin qurucusu və sədrlərdən biridir..
Xose Luis Rodriges Sapatero
Jose Luis Rodríguez Zapatero (6 avqust 1960[…] və ya 4 avqust 1960, Valyadolid, Kastiliya və Leon) — İspan siyasətçi. 2005-ci il etibarilə İspan Sosialist İşçi Partiyasının (İspan "Partido Socialista Obrero Español") ümumi başçısı və İspaniyanın baş naziridir. Baş nazirlik dövrünün əhəmiyyətli hadisələri, İspaniyanın İraqdakı əsgərlərini geri çəkməsi və həmcinsi evliliyini qanuniləşdirməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Mədəniyyətlər ittifaqı layihəsinin qurucusu və sədrlərdən biridir..
Xurşidbanu Natəvanın heykəli (Vaterlo, 2016)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. == Haqqında == 18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Vaterlo şəhərinin meri Floran Röter də iştirak ediblər. Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Zəngin geyinmiş Xurşidbanu Natəvanın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. == Heykələ qarşı vandalizm == 2020-ci ilin mart ayında Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qeydə alınıb. Abidənin üzərində yazılmış "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" yazısı qopardılaraq qırılıb və heykəlin üzərinə boya tökülüb.