Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ay-Serez qəsəbəsi
Ay Serez qəsəbəsi — Ukrayna Respublikasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin daxilində kənd. Əhalisi 510 nəfərdir. == Şəxsləri == Mustafa Əbdülcəmil Qırımoğlu 1943-cü ilin noyabrın 13-də Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub.
Ay Serez qəsəbəsi
Ay Serez qəsəbəsi — Ukrayna Respublikasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin daxilində kənd. Əhalisi 510 nəfərdir. == Şəxsləri == Mustafa Əbdülcəmil Qırımoğlu 1943-cü ilin noyabrın 13-də Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub.
Serpez
Serpez (fr. Serpaize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38484. Kommunanın 2012-ci il üçün əhalisi 1564 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 190 ilə 324 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 23 km cənubda, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Senez
Senez (fr. Senez, oks. Seneç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04204. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15–64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47,4%, 1999-cu ildə 66,0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. === Şəhər rayonları === Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri == İqtisadiyyat == Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Serex
Serex — Qədim Misir fironlarının Hor adına əlavə edilmiş, saray fasadını stilizə edən bir təsvir. Adətən serex üzərində Hor və ya Set, bəzən də hər ikisi birilikdə təsvir edilirlər.
Sərək
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır. == Əhalisi == Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır. Miller çorojlar barədə isə bunları qeyd edir: "Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir" (Miller, 1926:9).
Vərəm
Vərəm infeksion xəstəlik olub, adətən, Mycobacterium tuberculosis bakteriyası tərəfindən törədilir. Xəstəlik əsasən ağciyərlərə təsir edir, ancaq vücudun başqa hissələrinə də təsir edə bilir. Yoluxmuş fərdlərin çoxu heç bir simptom göstərmir. Simptomsuz orqanizmlərin 10%-ində xəstəlik aktiv mərhələyə keçir və müalicə olunmazsa, yarısı ölür. == Ümumi == Vərəm hal-hazırda, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. == İstehsalı == Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Şərəf
Şərəf — sədaqət, ədalət, dürüstlük, alicənablıq kimi fərdi keyfiyyətləri qiymətləndirilməsi ilə bağlı kompleks etik və sosial mənaları. Şərəf müəyyən mədəni və ya sosial ənənələr, maddi səbəbləri və ya şəxsi ambisiyaları ilə həyat gətirdi nisbi anlayış kimi görülə bilər. Digər tərəfdən, şərəf ilk xas insan duyğusu, onun şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir.Lüğət VI Dahl, bu bölgü əks etdirən şərəf müəyyən və bir "daxili mənəvi ləyaqət, cəsarət, dürüstlük, soul və yaxşı vicdan alicənablıq," və "şərti, dünyəvi, dünyəvi alicənablıq, tez-tez yalan, xəyali".
Qərəz
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
"Şərəf" ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir. Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə. Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir.
Danni Perez
Danni Markos Perez Valdez (23 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo La Quaira klubunda hücumçu kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Perez Venesuelanın U-17 millisi ilə Çilidə keçirilən 2017 Cənubi Amerika U-17 Futbol Çempionatında iştirak etmişdir.
Edqar Varez
Edqard Varez (fr. Edgar(d) Varèse; 22 dekabr 1883[…], Paris – 6 noyabr 1965[…], Nyu-York, Nyu-York ştatı) — Fransa-ABŞ bəstəkarı. == Həyatı == Fransız əsilli ABŞ-lı bəstəkar səs istehsalı texnikasına gətirdiyi yeniliklərlə tanınır. Dissonant və mövzusuz, ritm baxımından da asimmetrik olan musiqisini "fəzadakı səs cisimləri" kimi hazırlayıb. 1950-ci illərin əvvəllərində elektron səs təchizatından (aparatura) yararlanma fürsəti qazandıqdan sonra isə elektron musiqiyə üstünlük verib. Brüssel dünya sərgisi üçün yazdığı elektron şeirdə (1958) səsin 425 dinamik vasitəsilə yayılmasını nəzərdə tutub.
Elisabet Şerer
Elisabet Şerer (30 İyul 1914 – 18 Aprel 2013) — Almaniyalı film aktrisası. O, 1942-ci il ilə 2009-cu il arasında 30-dan çox film və televiziya şousunda rol oynamışdır.
Fabian Perez
== Həyatı == Fabian Perez 2 noyabr 1967-ci ildə Buenos-Ayresdə Argentinada dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə o, hərbi incəsənət və rəssamlığı ilə maraqlanırdı və bunun nəticəsində hər iki sahəni mənimsəməyə çalışırdı. Karate onun xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərmiş və onun yüksək intizamlı şəxs kimi formalaşmasında yaxından kömək etmişdir, həmçinin onun qarşısında incəsənətin digər sahələri üçün yol açmışdır. Onun rəssamlıq qabiliyyətinə hər şeydən çox Şərq incəsənətini dərindən mənimsəməsi təsir göstərmişdir. 22 yaşındaykən Fabian Argentinanı tərk edir , yaşamaq üçün İtaliyaya gedir və 7 il burada yaşayır. Məhz burada onun ədəbi və rəssamlıq yaradıcılığı şərq istiqaməti aldı. İtaliyada o, tezliklə ABŞ-də dərc olunan "Arzuların (obrazların) əksi" kitabını yazır. Sonradan o, bir illik Yaponiyaya gedir. Burada qubernatorun iqamətgahında yerləşdiriləcək olan "Yapon bayrağı" və "Medium insan" obrazlarını yaradır. Öz həyatını ədəbi və rəssamlıq yaradıcılığı ilə digər insanlara və onların hisslərinə təsir göstərməyə həsr edən Fabian Yaponiyanı tərk edərək hal-hazırda yaşadığı Los-Anceles şəhərinə təşrif buyurur.
Florentino Perez
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Nataliya Şerer
Nataliya Şerer (28 oktyabr 1985) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Şerer Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Seroz qişa
Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur. Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat.
Serxio Perez
Serxio Peres (isp. Sergio Pérez Mendoza) — Meksikalı Formula 1 pilotu, GP 2-nin vitse-çempionu. == Ümumi məlumat == Perez evin kiçik uşağıdır.Onun bacısının adı Paola,qardaşının isə Antoniodur. == Idman karyerası == Perez 7 yaşından etibarən Meksikada keçirilən kartinq yarışlarında iştirak edib. O 2003-cü ildə Meksikada Ford Mustang çempionatında yarışıb. FORMULA 1 Gənc yaş, kiçik seriyalı əhəmiyyətli uğurlar və böyük sponsorun dəstəyi ilə Serxio Dünya Kubokunun bir sıra komandalarına diqqətini çəkdi. 2011-ci ildə, döyüş pilotu müqaviləsi ilə rəhbərlik, İsveçrə qrupu Sauber ilə razılaşdı. Hal-hazırda Force India komandasinda istirak edir.
Səqez şəhristanı
Saqqız şəhristanı- İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Saqqız şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 205,250 nəfər və 45,909 ailədən ibarət idi.
Sərək bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Terez Karaç
Terez Karaç (mac. Karacs Teréz 18 aprel 1808, Peşt[d], Peşt medyesi – 7 oktyabr 1892, Bekeş[d], Bekeş medyesi) — Macar yazıçısı, ictimai və təhsil sahəsi üzrə xadim. Macarıstanda erkən feminist və islahat hərəkatının liderlərindən biri. Mişkoltsdakı İlona Zrin Qrammatika Məktəbinin qurucusu. == Bioqrafiyası == 1808-ci ildə Budapeştdə anadan olmuşdur. Anası Eva Takaç qadın hüquqları uğrunda fəal, atası Ferenc Karaç mühəndis idi. Ailənin evi çox vaxt ziyalıların görüş yeri kimi xidmət edirdi. İbtidai təhsili 1814–1819-cu illərdə oxuduğu Peşt məktəbində alır. Sonra öz-özünə təhsilini davam etdirir. Baxmayaraq ki, beş qardaş və bacılarına baxmalı olur.
Turqay Şeren
Turqay Şerən (t.a Türkay Sabit Şerən; d. 15 may 1932, Keçiörən, Ankara, Türkiyə; ö. 7 avqust 2016, İstanbul, Türkiyə) — Türk futbolçu; baş məşqçi; futbol şərhçisi və idman meneceri. Qapıçı mövqeyində iştirak edən futbolçu, bütün futbol karyerasını Qalatasarayda keçirib. 1932-ci ildə anadan olan Şeren, Qalatasarayın A komandasında oynadığı zaman, ilk matçını 1949-50 mövsümündə oynayıb. 1954-55, 1955-56 və 1957-58 mövsümlərində İstanbul Peşəkar Liqası, 1961-62 və 1962-63 mövsümlərində Milli Liqa, 1962-63, 1963-64 və 1965-66 mövsümlərində Türkiyə kuboku çempionu olub. Karyerasının bir çox hissəsini Qalatasarayda keçirən Şerən, 1966-67 mövsümünün sonuna qədər burada oynadı. Bu müddətdə 369-u liqa olan, 405 rəsmi matçda iştirak edib. Futbolçu karyerasını sona çatdırdıqdan sonra, rəsmi matçlarında nəzərə alınması nəticəsində klub tarixinin ən çox matçda iştirak edən futbolçusu oldu. Sonralar bu titulu başqa futbolçular daşıdı.
Veren-Tyuellen
Veren-Tüellen (fr. Veyrins-Thuellin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38541. Kommunanın 2007-ci il üçün əhalisi 1760 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 204 ilə 322 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.