Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vilobia
Georgi Vılkoviç
Georgi Vılkoviç — Bolqar həkim, siyasətçi və diplomat. Bolqarıstanın xarici işlər və din naziri (1881-1883), Bolqarıstan Dövlət Şurasının sədri (1883). XIX əsrin 60-cı illərində İstanbulun aparıcı cərrahlarından biri idi. Bolqarıstan Osmanlı idarəçiliyindən azad edildikdən sonra Mühafizəkarlar Partiyasının liderlərindən biri olur. O, Bolqarıstanın Osmanlı İmperiyasındakı diplomatik nümayəndəsi olub və burada siyasi opponentlər tərəfindən öldürülüb. == Bioqrafiya == 1833-cü ildə Ədirnədə anadan olub. Atası Koprivştitsadan olan zəngin və nüfuzlu Çalıkovlar ailəsindən idi. Vılkoviç təhsilə Plovdivdə başlamış və 1857-ci ildə İstanbuldakı Hərbi Tibb Məktəbini bitirmişdir. Kolleci bitirdikdən sonra cərrah işləmiş və Hərbi Tibb Məktəbində dərs demişdir. 1860-1863-cü illərdə Parisdə cərrahiyyə üzrə ixtisaslaşır, 1865-ci ildə isə qısa müddət Dəməşqdə mərkəzi xəstəxananın baş həkimi vəzifəsində çalışır.
Vesna Vuloviç
Vesna Vuloviç (serb-xorv. Vesna Vulović/Весна Вуловић; 3 yanvar 1950, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya – 23 dekabr 2016, Belqrad) — stüardessa, Ginnesin Rekordlar Kitabına əsasən, yüksəklikdən paraşütsüz sərbəst düşmə zamanı sağ qalmış şəxslər arasında dünya rekordu sahibi. McDonnell Douglas DC-9–32 (JAT 367 reysi) təyyarəsi 10.160 metr (33.333 fut) hündürlükdə partlamışdır.. Vesna Vuloviç hadisə məqamını nəinki yaşamış, həmçinin qalıqların yerə düşməsi zamanı 28 sərnişin və ekipaj üzvləri arasında yeganə sağ qalmış şəxs olmuşdur. == Həyatı == Vesna Vuloviç 3 yanvar 1950-ci ildə Belqradda anadan olmuşdur. Onun atası biznesmen, anası fitnes üztə təlimatçı idi. O xatırlayırdı: Belqrada qayıdan Vuloviç dostlarından birinin bələdçi geyimindən təsirlənərək uçuş üzrə bələdçi olmaq qərarına gəlir. Vuloviç xatırlayırdı: Beləliklə, Vesna 1971-ci ildə Yuqoslaviyanın ən nəhəng daşıyıcısı olan JAT aviaşirkətinə işə qəbul edildi. == Aviaqəza == 26 yanvar 1972-ci ildə DC-9–32 Jugoslovenski Aerotransport təyyarəsi (JAT, beynəlxalq adı — Yugoslav Airlines) Kopenhagen — Zaqreb dairəsində Stokholm — Kopenhagen — Zaqreb — Belqrad marşrutu üzrə uçuş həyata keçirirdi. Təyyarənin içində 28 nəfər var idi ki, onların da 5-i stüardessa Vesna Vuloviç də daxil olmaqla, ekipaj üzvləri idi.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Böyük Vitovt Universiteti
Böyük Vitovt Universiteti (latış. Vytauto Didžiojo universitetas‎, abbr. VDU) — Litvanın Kaunas şəhərində yerləşən universitet. Onun əsası müharibə arası dövründə, 1922-ci ildə milli universitetin alternativi kimi qoyulub. 2015/16 QS World University Rankings-də 701-800 yeri tutur. == Tarix == 1918-ci ildə Litva Respublikası yaradılıb və bundan dörd il sonra, 1920-ci ilin yanvarın 27-də Ali Təhsil Kursları Assosiasiyası Ali Təhsil Kursları özəl məktəbi açıb. 1922-ci ilin fevralın 16-da onun əsasında Litva Universiteti adı altında dövlətin ilk və müharibə arası dövründə tək olan ali təhsil ocağı açılıb. O dövrün ərzində, universitetin yeddi rektoru və 3790 məzunu olub. 1930-cu ildə, Böyük Vitovtun 500 illik qutlaması olmuşdu və bunnnan əlaqədər, universitetin adını indiki adına dəyişdirdilər. 1944-cü ildə Litva SSRİ tərəfindən işğal olunub və 1950-ci ildə universitet bağlanılıb.
Böyük Vitovt körpüsü
Böyük Vitovt körpüsü (lit. Vytauto Didžiojo tiltas) — Litvanın Kaunas şəhərindən axan Nemans çayı üzərindəki avtomobil körpüsü. Körpü şəhərin mərkəzi hissəsini Aleksotas rayonu ilə birləşdirir. == Yerləşməsi == Körpü Karalyus Mindauqo prospektini Veyveriu küçəsi ilə birləşdirir. Sol sahil boyunca uzanan Q. və O. Minkovski və Ujnemunes küçələri körpüdə birləşir. Körpünün yaxınlığında Vitovt kilsəsi və Aleksotas funikulyoru yerləşir. Körpüdən yuxarıda Maironisa küçəsi boyunca bir piyada körpüsü, aşağıda isə Lampecyay körpüsü vardır. == Adı == 1915-ci ildə alman hərbçiləri tərəfindən inşa edilən taxta körpü Hohenzollernbrücke adlandırıldı. 1930-cu ildə açılan daimi körpü burmister Kaunas Yonas Vileyşisin təklifi ilə Böyük Vitovtın adını daşımağa başladı. 1940-cı ilin sentyabrında Kaunas Bələdiyyə Başçısı Antanas Qarmausun qərarı ilə müstəqil Litva dövrünə aid adların dəyişdirilməsi kampaniyası zamanı körpünün adı Aleksotasa dəyişdirildi.