Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Virivil
Virivil (fr. Viriville) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38561. Kommunanın 1999-cu il üçün əhalisi 1207 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 306 ilə 606 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Varidat
Varidat (dövriyyə və satış həcmi) — müəyyən müddət ərzində istehsal olunan məhsulların, xidmətlərin, işlərin satışı nəticəsində müəssisə və ya sahibkarın alıcılara təqdim etdiyi tələblərin (o cümlədən ödənilməmiş tələblərin) ümumi məbləği.
I Tiridat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.