Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlavnıy adası
Qlavnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 6,6 km şimal-qərbdə yerləşir. Qlavnıy adasından şərqdə Kolokol adası və Krayniy adası (müvafiq olaraq 0,5 vvə 1 km) yerləşir. Adalar arasında qumlu say yerləşir. Qərbində, 1,4 km aralıda Raket adası yerləşir. == Təsviri == Uzunluğu 1,8 kilometr, eni isə 700 metr təşkil edir. Qrupun ən iri adasıdır. Bu isə adanın bu cür adlanmasına səbəb olmuşdur. Adanın sahilləri hamardır.
Qladio əməliyyatı
Qladio əməliyyatı (it. Operazione Gladio) — İkinci Dünya Müharibəsindən sonra kommunistləri nüfuzdan salmaq və güc strukturlarından sıxışdırmaq üçün NATO-nun gizli əməliyyatının adıdır. Bunun üçün yollardan biri Varşava müqaviləsi ölkələrinin İtaliya və digər Qərbi Avropa ölkələrinə soxulacağı təqdirdə müqavimət göstərmək, təxribat və partizan müharibəsi aparmaq üçün nəzərdə tutulmuş “arxada qalanlar” (ing. stay-behind) adlı hərbiləşdirilmiş təşkilatlar şəbəkəsinin yaradılması idi. Qladio termini İtaliyada yaradılmış təşkilatlara aid edilsə də, bu ad çox vaxt qeyri-rəsmi olaraq Qərbi Avropada onun çərçivəsində yaradılmış bütün təşkilatlar üçün istifadə olunurdu. Qısa Roma qılıncı (lat. gladius) İtaliya təşkilatının simvolu, xarabaçıl isə beynəlxalq simvol idi. MKİ-nin keçmiş direktoru Vilyam Kolbi əməliyyatı “böyük proqram” adlandırıb. Qladio əməliyyatının mövcudluğu bu əməliyyatda iştirak edən ölkələrin hökumətləri tərəfindən rəsmən tanınıb. Eyni zamanda, Amerika hökuməti terrorizmin təşkili ittihamlarını rədd edir.
Qladis Tejeda
Qladis Tejeda (30 sentyabr 1985, Jauja, Peru) — Perulu marafonçu. Qladis Tejeda Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qladis Tejeda birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 37 dəqiqə 2 saniyəyə qət edərək 118 marafonçu sırasında 43-cü yeri tutdu. Qladis Tejeda növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 29 dəqiqə 55 saniyəyə qət edərək 15-ci yeri tutdu.
Qurdlar Vadisi: Qladio
Qurdlar Vadisi: Qladio — Qurdlar vadisi teleserialı çərçivəsində qurdlar vadisi pusqu filminin davamı olaraq Pana Film tərəfindən istehsal olunan türk döyüş macəra filmi. 4 iyun 2009-cu ildə elan edilmiş, 20 noyabr 2009-cu ildə buraxılmışdır. Filmin məzmununun Türkiyənin yaxın tarixinə təsir edəcək hadisələr olacağı bildirilib. == Mövzu == Bir dərin dövlət agentinin illərlə xidmət etdiyi qladio ilə hesablaşma hekayəsi. İsgəndər Böyük təqaüddə olan kəşfiyyatçıdır və dərin dövlət naminə çoxsaylı əməliyyatlar həyata keçirib. Qaranlıq keçmişinə görə müttəhim kürsüsünə qoyulduqda, yanında baronun göndərdiyi gənc və təcrübəsiz vəkil Ayşədən başqa heç kim yox idi. Məhkəməsinə göz yumanlarla haqq-hesab çəkməyə qərar verən İsgəndər Böyük bildiyi hər şeyi bir-bir danışmağa başlayır. İsgəndərin qaranlıq keçmişinin səhifələri arasında ölkəni sarsıdacaq faktlar var. Bu şokedici faktların işarə etdiyi yeganə ünvan "Qladio"dur. Onun açıqlamaları ölkədə hər gün yeni gündəm yaratsa da, onun qisas hissi daha da artırdı.
Qurdlar Vadisi: Qladio (film, 2009)