Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qrimm
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
GMM Grammy
GMM Grammy Public Company Limited (Tay dili: จีเอ็มเอ็ม แกรมมี่ və ya G"MM' Grammy) Taylandın ən böyük media konqlomeratı əyləncə şirkətidir. Tayland əyləncə sənayesinin 70 faiz payına iddia edir. Grammy sənətçilərinə Thongchai McIntyre, Silly Fools və Loso daxildir. Şirkət musiqi biznesi ilə yanaşı, konsert istehsalı, rəssam menecmenti, film və televiziya istehsalı və nəşriyyatı ilə də məşğul olur.
Qrimm qardaşları
Qrimm qardaşları (alm. Brüder Grimm‎; Yakov Qrimm (1785–1863), Vilhelm Qrimm (1786–1859) — alman yazıçıları. == Həyatları == Qrimm qardaşları — böyük qardaş Yakov, kiçik qardaş Vilhelmdir. Onların taleyi təxminən eyni olmuşdur. Yakov 78 il, Vilhelm isə 73 il yaşamışdır. Böyük qardaş Yakov Qrimm 1785-ci il yanvarın 4-də, Vilhelm Qrimm 1786-cı il fevralın 24-də Hanau şəhərində anadan olmuşlar. Hər ikisi Marbuq Universitetində hüquq elmləri üzrə təhsil almış, 1837-ci ilə qədər Hottingen Universitetində professor vəzifəsində çalışmışlar. Həmin ildə Hannover kralına and içməkdən imtina etdiklərinə və demokratik görüşlərinə görə Universitetdən qovulmuşlar. Bir müddət işsiz qaldıqdan sonra 1841-ci ildə Berlin Universitetində iş tapmış, professor vəzifəsinə yüksəlmiş, Prussiya Elmlər Akademiyasının üzvü olmuşlar. İlk dəfə Alman mifologiyasını toplayıb mifologiya elminin əsasını qoyan Qrimm qardaşları 4 cilddən ibarət "Alman mifologiyası" əsərini yaratmışlar.
Qrimm çömçəxulu
Qrimm çömçəxulu (lat. Benthophilus grimmi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növüdür. Azərbaycan sahillərində Yalamadan Abşerona qədər və Küryanı rayonlarda azsaylıdır. == Morfoloji əlamətləri == D IV, 18-9, A I 7-8 (9)-dur.Bədəni gödəkdir, ön hissəsi enli və yoğundur.Burnu girdədir.Başı öndən basıqdır. Başın üst tərəfində, gözlərin arasında və peysərdə novşəkilli çökəklik var. Başın alt tərəfində dəri bığcıq var. Ağzın künclərindən arxada dəri qırış zəif inkişaf etmişdir. Bədənin ön və başın üst hissəsi xırda, yastı sümük lövhəciklərlə sıx örtülmüşdür. Belində və böyürlərində üç qonurumtul-qara xal vardır.
Yakob Qrimm
Yakob Qrimm (Tam adı: alm. Jacob Ludwig Karl Grimm‎; 4 yanvar 1785[…], Hanau, Müqəddəs Roma imperiyası – 20 sentyabr 1863[…], Berlin, Prussiya, Almaniya ittifaqı[…]) — alman ədəbiyyatçı və yazıçısı. 4 yanvar 1785-ci ildə Hanauda anadan olmuş, 20 sentyabr 1863-cü ildə Berlində vəfat etmişdir. Yakob Qrim ixtisasca hüquq sahəsində fəaliyyət göstərsə də ədəbiyyatla da məşğul olurdu. Yakob Qrimm alman ədəbiyyatının və alman arxeologiyasının qurucusu sayılır.
Qram determinantı
n {\displaystyle n} -ölçülü U {\displaystyle U} unitar fəzanın x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının ( x i , x j ) {\displaystyle (x_{i},x_{j})} skalyar hasillərindən düzəldilən n {\displaystyle n} determinantına x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\ldots ,x_{n}} vektorlarının Qram determinantı deyilir.
Qrimm (teleserial, 2011)
Qrimm (ing. Grimm) — Stefen Karpenter və Cim Kouf & Devid Qrinvalt tərəfindən yaradılan və NBC üçün Universal Televiziya tərəfindən istehsal olunan Amerikan fantaziya polis kriminal dram televiziya serialıdır. Serial, 123 seria və altı mövsümdən ibarət olmaqla 28 oktyabr 2011 – 31 mart 2017 tarixlərində yayımlandı. Serial Portland qətl detektivi Nikolas Burkartın insanlıq və Wesen adlanan mifoloji varlıqlar arasındakı tarazlığı qoruyan və sonuncu nümayəndə olan Qrimm olduğunu öyrənməsindən sonra baş verən hadisələrdən bəhs edir. Qrimm əvvəlcə CBS üçün hazırlanmışdı, lakin yazıçıların tətili səbəbiylə planlar ləğv edildi. 2011-ci ilin yanvarında NBC serialı aldı. Serial Qrimm qardaşları əsasında olan Qrimm nağıllarda-dan eləcədə digər mənbələrdən ilhamlanaraq qaranlıq polis detektiv janrlı kimi təsvir edilmişdir. Serial əvvəlcə tənqidçilər tərəfindən qarışıq rəylər alsada davam etdiyi müddət ərzində rəylər müsbətə doğru dəyişmişdir. Qrimm-in altıncı və son mövsümü 6 yanvar 2017-ci ildə yayımlandı və 31 mart 2017-də başa çatdı. == Sinopsis == Portlend Polis İdarəsinin Cinayət müstəntiqi Nik Burkart, insanlar və Wesen kimi tanınan (Wesen, almanca varlıq və ya məxluq sözcüsüdür) mifoloji varlıqlar arasında balansı qorumada and içmiş olan Qrimm nəslindən olduğunu öyrənir.
Hans Kristian Qram
Hans Kristian Qram (dan. Hans Christian Gram) (13 sentyabr 1853[…], Kopenhagen – 14 noyabr 1938[…], Kopenhagen) — Dan bakterioloq. Hüquq Professoru olan Frederik Terkel Qram və Luis Kristian Roulun övladı olmuşdur. Kopenhagen Universitetində botanika oxudu və sonra zooloq Yapetus Steenstrupun assistenti kimi işləməyə başladı. Bitkiylə bağlı işləri onu farmakologiya əsasları və mikroskopun istifadəsini öyrənməsinə gətirib çıxardı. 1878-ci ildə tibb məktəbində təhsil almağa başladı və 1883-cü ildə məzun oldu. Eyni zamanda təhsili boyunca Avropanı gəzdi. 1884-ci ildə Berlində, iki böyük bakteriya sinfinin ayırd edilməsi üçün bir üsul inkişaf etdirdi. Metod Qram boyama adını aldı və biokimya və mikrobiologiya standart prosedur oldu. 1891-ci ildə Qram farmakologiya dərsləri verməyə başladı və ilin sonunda Kopenhagen Universitetində farmakologiya professoru təyin olundu.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.
Qarum
Qarum — Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Qrampa
Qrampa, Ziazan — Ermənistanın Üçkilsə rayonunda kənd.
Qranj
Qranj (bəzən Seattle sound olaraq da adlandırılar) — 1980-ci illərin ortalarında alternativ rokun bir alt növü olaraq ABŞın Vaşinqton ştatının Sietl şəhərində yaranan musiqi janrı, mədəniyyət və həyat tərzi. Hardkir pank, həvi metal və indi-rokdan təsirlənmişdir. Qranj ümumiyyətlə distorizə edilmiş heavy metalvarı gitara riff'ləriylə qaynaşdırılar. Tərzi ümumiyyətlə aqressiv, depresif, içə dönük, nihilist və vecsizdir. Lüğət mənası "çirkli, dağınıq, qatqısız pox" olan grungenin ad atası isə Mudhoney solisti Mark Armdir. 1980-ci illərin sonu 1990-cı illərin başında məşhur olan bu musiqi axını, 1991 və 1994-cü illər arasında ən yüksək məşhurluğa çatmışdır. Grunge geyim tərzi cırıq yamaqlı cinslər, odunçu köynəkləri və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə pis və dağınıq geyim seçim edilir. Odunçu köynəyi grunge geyiminin təməl daşıdır belə deyiləbilər. Musiqi tərzi olaraq grunge punk'dan daha ağır heavy metaldan daha melodiktir.
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Qrats
Qrats (alm. Graz‎ [ˈɡʁaːts], sloven. Gradec) — Ştiriya əyalətinin inzibati mərkəzi. Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının ən qədim postlarından və ölkənin ən orijinal şəhərlərindən biridir. Bu şəhərdə 1805-ci ildə Napaleon tərəfindən dağıdılmış Yepiskop sarayını görmək mümkündür. Burada Şlossberq qalası (XI əsr), Urtrum saat qülləsi, Qlokkenturm zəng qülləsi, Tevtonik cəngavərlər kilsəsi (XIII əsr),Qədim Ratuşa 9XVI əsr) Domkirhe kilsəsi (XII əsr), İmperator II Ferdinandın Mavzoleyi (1614),yanvarda opera balı Opern-Redjuit və "Ştiriyada Milad" bayramının keçirildiyi məşhur Opera; Universitet, Ştiriya müzeyi (qalay və dəmir kimi metallardan hazırlanan əl işlərinin zəngin kolleksiyası ilə tətbiqi incəsənət muzeyi daxil olmaqla), kriminalistika Müzeyi, orta əsr silahlarının ən böyük kolleksiyası (30 mindən cox ekponat) ilə Arsenal (Tsojghauz), aeronavtik müzeyi; arxeoloji müzüyi ilə Şlos-Egenburg qalası (1625); orta əsr incəsənət kolleksiyası ilə Alte-galeri qalereyası və Herbshtajn sarayı(XVII əsr) yerləşir. == İstinadlar == == Xarici keçidlər == Филокартическая история города Грац.
Qratz
Qrats (alm. Graz‎ [ˈɡʁaːts], sloven. Gradec) — Ştiriya əyalətinin inzibati mərkəzi. Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının ən qədim postlarından və ölkənin ən orijinal şəhərlərindən biridir. Bu şəhərdə 1805-ci ildə Napaleon tərəfindən dağıdılmış Yepiskop sarayını görmək mümkündür. Burada Şlossberq qalası (XI əsr), Urtrum saat qülləsi, Qlokkenturm zəng qülləsi, Tevtonik cəngavərlər kilsəsi (XIII əsr),Qədim Ratuşa 9XVI əsr) Domkirhe kilsəsi (XII əsr), İmperator II Ferdinandın Mavzoleyi (1614),yanvarda opera balı Opern-Redjuit və "Ştiriyada Milad" bayramının keçirildiyi məşhur Opera; Universitet, Ştiriya müzeyi (qalay və dəmir kimi metallardan hazırlanan əl işlərinin zəngin kolleksiyası ilə tətbiqi incəsənət muzeyi daxil olmaqla), kriminalistika Müzeyi, orta əsr silahlarının ən böyük kolleksiyası (30 mindən cox ekponat) ilə Arsenal (Tsojghauz), aeronavtik müzeyi; arxeoloji müzüyi ilə Şlos-Egenburg qalası (1625); orta əsr incəsənət kolleksiyası ilə Alte-galeri qalereyası və Herbshtajn sarayı(XVII əsr) yerləşir. == İstinadlar == == Xarici keçidlər == Филокартическая история города Грац.
Qrayam
Qrayam (ing. Graham Island) — Hayda-Quai arxipelaqına daxil olan adadır (Daha çox Karaleva Şarlotta adaları kimi tanınır) == Coğrafiyası == Ada Britaniya Kolumbiyası ərazisinə daxildir. Sahəsi 6 361 km² təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 101-ci, Kanadada isə 22-ci yeri tutur. Sahil xətdinin uzunluğu 1106 km təşkil edir. Arxipelaqın şimalında yerləşir. Cənubda yerləşən Morsbi adasından Kartrayt boğazı ilə ayrılır. Qərbdə Sakit okean, şimalda Dikson-Entrans boğazı və şərqdə isə Hekate boğazı onun sahillərini yuyur. Şimal-şərqdə Rouz-Poynt, şimal-qərbdə Noks burnu yerləşir İqlimi çox rütubətlidir. Adanın qərbi dağlıqdır.
Qremi
Kaxetiya çarlığı — Kaxetiya ərazisində 1465-ci ildə yaradılmış feodal dövlət olmuşdur. XV əsirdən Qremi Kaxetiya krallığnın mərkəzi idi. Qremi məbədi 1565-ci ildə Kaxeti kralı tərəfindən inşa edilmişdir. Məbədin ətrafındakı hasarlar eyni zamanda qala idi. Təhlükə zamanı krallar daşlarla düzəldilmiş gizli çıxışdan istifadə edirdilər. Burda üç mərtəbəli saray və ətrafında qülləli hasarlar var idi. Məbədin yanında kral rezidensiyası var. Kral rezidensiyasında isə kral sarayları, fantan, qüllə hamam və s. tikililər yerləşirdi. Qremidə ticarət küçəsi fəaliyyət göstərmişdir.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Qrayms
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. == Həyatı == Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Gramen
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.
Qramos
Qramos (yun. Γράμμος) — Yunanıstanın şimal-qərbindəki dağ silsiləsi. Albaniya ilə sərhəd yaxınlığında yerləşir. Ən hündür zirvəsi dəniz səviyyəsindən 2522 metrdə yerləşən Suka-Petsikdir (Τσούκα Πέτσικ). 1946–1949-cu illər Yunanıstanda vətəndaş müharibəsi zamanı şiddətli döyüşlərin baş verdiyi yer olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Гра́мос // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.