Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
Darina Qromova
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. == Həyatı və ölümü == Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. == Həyatı == Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. == Filmoqrafiya == Boşboğaz (film, 1978) / rus.