Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pyotr Qruzinski
Knyaz Pyotr Petroviç Qruzinski (Baqration Qruzinski; gürc. პეტრე პეტრეს ძე გრუზინსკი (ბაგრატიონ-გრუზინსკი); 28 mart 1920, Tiflis – 13 avqust 1984, Tbilisi) — Baqrationi Evinin rəhbəri (1939-1984), sonuncu gürcü çarı XII Georgi sülaləsi nümayəndəsi, gürcü sovet ssenaristi, şairi, tərcüməçisi, kinoaktyoru, Gürcüstan SSR-nin əməkdar artisti (1979). == Həyatı == Pyotr Baqrationilər nəslindəndir. O, knyaz Pyotr Aleksandroviç Qruzinskinin (1888-1922) və knyagina Tamara Aleksandrovna Dekanozişvilinin (1897-1977) oğludur. Ərinin ölümündən sonra Tamara iki dəfə Gürcüstandan sürgün edilib (böyük oğlu Konstantinin ölümü zamanı Başqırdıstanda sürgündə idi). 1920-ci il martın 28-də Tiflisdə anadan olmasına baxmayaraq, Qruzinskiyə doğum haqqında şəhadətnamə yalnız 1922-ci ildə, atasının ölümündən sonra verilib. Bu fakt, David Baqrationi-Muxranski vəkil vasitəsilə Pyotrun və onun nəslinin əsl soyadının Sixarulidze olduğunu və onların Baqrationu ailəsinə aid olmadığını elan edikdən sonra 2019-cu ildə məhkəmə prosesinin predmetinə çevrilib. Pyotr Tiflisdəki 5 saylı dəmir yolu məktəbini bitirdikdən sonra 1937-ci ildə Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsinin almanşünaslıq bölməsinə daxil olur və daha sonra gürcü filologiyası şöbəsinə keçid edir. 1941-ci ildə buraxılış imtahanlarını verməsinə baxmayaraq, lakin ona diplomunu müdafiə etməyə icazə verilmədi. Böyük qardaşı Konstantinin ölümündən sonra 1939-cu ildən ömrünün sonuna kimi o, Gürcüstanın sonuncu kralı XII Georginin nəslinin ən böyüyü idi.