Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qab
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. == İctimai mövqe == Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Qan
Qan — orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin (hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Qap
Qap (rayon)
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Qax
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. == Etimologiyası == XIX əsr müəllifi İ.Lineviçin qeyd etdiyi əfsanəyə görə, XVI əsrə qədər Qax şəhəri "Torağay" adlandırılmışdır. Bu söz Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində, qıpçaqların dilində "dağlar arasında sığınacaq" mənasına gəlir. Qax şəhərinin dağlar arasındakı ovalıq ərazidə olduğu nəzərə alınaraq, Şimali Qafqaz vasitəsilə gələn qıpçaqların Qaxda yerləşdiyi və ona "Torağay" adı verdiyi hesab edilə bilər. == Tarixi == Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.
Qay
Qay (Orenburq vilayəti)
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Uqah
Uqah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Uqah kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. == Adlanması == Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. == Coğrafiyası == Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. == İqtisadiyyatı == Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
GAP
Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur. == Tarixi == 20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazır ki sədri Ağasif Şakiroğludur. == Rəhbərlik == === İdarə Heyəti === Ağasif Şakiroğlu — Partiya sədri Aslan Həmidli — Partiya sədrinin Səlahiyyətli Nümayəndəsi Rəşid Nazim — Mərkəzi icra aparatının sədri Zamil Zərbəliyev — Mühacirətda yaşayan azərbaycanlılarla iş üzrə sədr müavini Rəşad Məhəmmədov — İqtisadi Məsələlər üzrə sədr müavini Xətayə Xasməmmədova — Qadınlarla iş üzrə sədr müavini Sabir İbrahimov — Kütləvi Aksiyaların təşkili ilə iş üzrə sədr müavini Elnur Qasımov — Ali Məclisin sədri Namir Həsənli — Gənclər Komitəsinin sədri Cəfər İsmayılov — GAP sədrinin müşaviri === Fəxri üzvləri === Eks spiker — Rəsul Quliyev Eks deputat — Solmaz Ələsgərova Eks deputat — Akif Şahbazov Rejisor — Elşən Məmmədov (rejissor) Sosial Marketinq Mutəxəsisi — Murad Alirzayev AMEA üzvü — Ağa Abdullaoğlu == Seçkilərdə == Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır. 2016-cı il referendum seçkilərini, həmçinin 2018-ci il aprel ayında keçirilmiş növbədənkənar prezident seçkilərini boykot etmiş və nəticələrini tanımamışdır.
Gay
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Abdullah şah
Abdullah şah (1614 – 21 aprel 1672) — Qolkonda hökmdarı, Qütbşahlar sülaləsinin son nümayəndəsi. == Həyatı == 1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu. Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Acıçay (Qax)
Acıçay — Qax rayonunda çay. == Toponimikası == Çay Kürmükçaydan (Qurmuxçay) ayrılaraq Qanıxçaya (Alazan) tökülən qoldur. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Adil şah
Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd) — Əfşarlar xanədanlığından olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748). == İlk Həyatı == Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi.
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Aleksey Qay
Aleksey Anatolyeviç Qay (ukr. Олексій Анатолійович Гай; 6 noyabr 1982, Zaporojya) — ukraynalı futbolçu. == Karyera == === Klub karyerası === Aleksey Qay Futbol üzrə Ukrayna çempionatında 136 oyun keçirmiş və 22 qol vurmuşdur. O, Futbol üzrə Ukrayna Kubokunda 27 oyun keçirmiş və 6 qol vurmuşdur. Aleksey Qay UEFA turnirlərində 17 oyun keçirmişdir. Aleksey Qay 15 iyun 2013-cü ildə "Çyernomorest" FK ilə iki illik bir müqavilə imzalamışdır. Müqavilə 1 iyul tarixində qüvvəyə minmişdir. O, 10 nömrəli forma ilə çıxış etmişdir. Aleksey Qay 2015-ci ilin yanvar ayında Azərbaycanın "Qəbələ" FK ilə bir il yarımlıq müqavilə imzalamışdır. Buna əlavə olaraq, "Qəbələ" FK-nun yeni baş məşqçisi Qayın "Çyernomorest" FK-dakı keçmiş baş məşqçisi Roman Qriqorçuk təyin edilmişdir.
Almalı (Qax)
Almalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Almalı Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nuyu (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gəlmiş ailələr tərəfindən salınmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 414 təsərrüfatda hər iki cinsdən toplam 1.995 nəfər əhali yaşamaqdadır. Əhali müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan türkləridir. == Toponimikası == Qax rayonunun eyniadlı i.ə.v.-də kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir.
Ağa Məhəmməd şah
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.