Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dijon
Dijon (IPA: [diʒɔ̃]) Fransanın şərqində bir şəhər olaraq, Kot-d'Or departamentin və Burqon bölgəsinin paytaxtıdır. Dijonun Divio adıyla Lyondan Parisə olan yolda Roma qəsəbəsi kimi əsəsı qoyulmuşdur. XI əsrin əvvəlindən XV əsrin sonuna qədər əyalət Burqon hersoqunun evi olmuşdur, və Dijon böyük güclü və varlı yer idi, həm də Avropanın incəsənət, təhsil və elm ən böyük mərkəzlərindən biriydir. == Məşhur yaşayanlar == Jan-Filip Ramo (fr. Jean-Philippe Rameau) - fransız bəstəkarı və barokko dövrünün musiqisinin nəzəriyyəçisi; Aleksandr Qüstav Eyfel (fr. Alexandre Gustave Eiffel) - fransız mühəndisi, metal konstruksiya planlaşdırılması üzrə mütəxəssis; Feliks Trüta (fr. Félix Trutat) - fransız rəssamı; Elizabet dö la Trinite (fr. Élisabeth de la Trinité) - Roma-katolik kilsəsinə xoşbəxt, lat. Ordo Fratrum Diacalceatorum Beatae Mariae Virginis de Monte Carmelo azərb. Ayaqyalın Karmelitkaların Ordenini'n‎ rahibəsi, mistik; Arno Kordye (fr.
Dijon (rayon)
Dijon (fr. Dijon) — Fransanın Burqundiya regionun rayonlarından biri. Departamenti — Kot-d'Or. Prefektura — Dijon. Rayon əhalisi 2006-cı ildə 360 653 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 118 nəf / km². Rayon ərazisi — 3049 km².
Divok Oriqi
Divok Okot Oriqi (18 aprel 1995[…], Ostende[d], Flamand regionu[d]) — Belçikalı peşəkar futbolçu, İtaliyanın "Milan" klubunda və Belçika milli komandasında hücumçu kimi çıxış edir. == Klub karyerası == Oriqi futbolçu karyerasına "Lill"də başlayıb və 2013-cü ildə peşəkar karyerasında ilk qolunu vurub. Bir il yarım sonra futbolçunu, İngiltərə Premyer Liqa klubu "Liverpul" 10 milyon funt-sterlinq qarşılığında transfer edib və onu 2014–15 mövsümu üçün yenidən "Lill"ə icarəyə verir. Zədələrə görə "Liverpul"da möhkəmlənə bilmir və bir müddət və Almaniyanın "Volfsburg" klubunda da bir il icarədə olur. Oriqi 2018–19 mövsümündə kluba müxtəlif mühüm töhfələr verir və 2019 Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı geri dönüşdə iki qol vurur. O, həmçinin növbəti mövsümdə 2019–20 Premyer Liqasını qazanan "Liverpul"un son 30 il ərzində ilk liqa titulunu qazanan heyətində olur. "Liverpul"da 8 il keçirdikdən sonra, 2022-ci ilin yay transfer pəncərəsində daimi müqavilə ilə İtaliyanın "Milan" klubuna qoşulur.
Dilarə Əliyeva (drijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Kamal Abdullayev (drijor)
Kamal Canbaxış oğlu Abdullayev (18 yanvar 1927, Bakı – 6 dekabr 1997, Moskva) — Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti (1967). == Həyatı == Kamal Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir. Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır.
Öjen-Fransua Vidok
Öjen-Fransua Vidok (24 iyul 1775 və ya 25 iyul 1775, Arras – 11 may 1857[…], Paris) — fransalı dedektivdir. On doqquzuncu əsrin birinci yarısında, fransalı polisin dedektivi Öjen-Fransua Vidok, cinayətkarları ələ keçirmək üçün qeyd aparma, ballistik elm və hadisə yerindəki ayaqqabı izlərindən istifadə edərək cinayətkarlıq uğrunda mübarizəsini elmi səyə çevirdi. Vidok'un Fransadakı cinayətlərin faizinin azalmasında dramatik müvəffəqiyyəti, məhkəmə elmi metodlarını populyarlaşdırmağa kömək etdi. Həmçinin Artur Konan Doyl da Şerlok Holms personajını yaradarkən bu adamdan ilham aldı. Vidok, bir çörəkçinin və həyat yoldaşının ilk uşağı olaraq Fransa'nın Arras şəhərində anadan olub. Erkən yaşlarından etibarən xanımlarla münasibət qura bilməyən Vidok, 1790-cı ildə bir qadına görə dueldə bir adamı öldürdü. Yalnız bu zaman gənc yaşında olan Vidok hakimin orduya qatılmasına icazə verdiyinə görə həbsxanadan qurtararaq hərbi xidmətə getdi. Daha sonra, 1795-ci ildə, məzuniyyətdən qayıtdıqdan və sədaqətsiz arvadını başqa bir adamla tutduqdan sonra həyatında dəyişikliklər etməyə başladı. Vidok daha sonra ordudan qaçdı və kart köpək balıqları adında illegal bir qrupa qatıldı. O, bir məhkum üçün ailəsi ilə birlikdə saxta sənəd düzəltdi, tutuldu və həbsə atıldı, Vidok yenidən həbsdən qaçaraq yenə bir qrup qaçaqmalçıya qatıldı, ancaq yenə şəxsiyyət sənədləri olmadığı üçün həbs olundu.