Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Drako Malfoy
Drako Malfoy (5 iyun 1980) — Harri Potter romanlar seriyasının personajlarından biri. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Drako Malfoy ilk dəfə Madam Malkinin Çəpəki küçədəki paltar dükanında Harri ilə rastlaşarkən oxuculara görünür. İlk görüşdə Malfoy qarşılaşdığı uşağın Harri Potter olduğunu bilmədiyinə görə ona laqeyd yanaşır. Malfoy təmiz qanlı sehrbaz nəslindən olduğuna görə fəxr edir, mələz qanlıları qınayır, maql ailəsində doğulanların isə ümumiyyətlə Hoqvartsda təhsil almaq hüququnun olmadığını deyir. Malfoy növbəti dəfə Harri ilə Hoqvarts Ekspress qatarında görüşür. Malfoy Ron Uizlinin ailəsinə qarşı xoş olmayan ifadələr işlətdikdən sonra Harri onun dostluq təklifini rədd edir və burdan da onlar arasında mənfi münasibətin əsası qoyulur. Roulinq qeyd edir ki, əslində Malfoy Harri ilə dost olmaq istəyir, çünki, "Harri məşhur idi və belə bir məşhurun dostu olmaq məktəbdə onun üçün əlavə nüfuz ola bilərdi." Lakin, Harri Drako ilə dostluq eləmək istəmir, çünki, o, "Harrinin çox sevdiyi Haqrid və Ron haqqında yaxşı fikirdə deyil". Seçici şlyapa uşaqları bölərkən, Drako Malfoy dekanı İksir dərsini tədris edən Severus Sneyp olan Slizerin fakultəsinə təyin olunur. Drako Harrini məktəbdən qovdurmaq üçün gecə duelinə çağırır, özü isə gizlincə məktəbin nəzarətçisi Fliçə Harrinin gecələr məktəbdə gəzdiyini xəbər verir, lakin, Harri gizlənərək ehtiyatlı şəkildə məsələni həll edə bilir. === Harri Potter və Sirlər Otağı === "Harri Potter və Sirlər Otağı" romanında atası Lusius Malfoyun Slizerin Qviddiç komandasının bütün üzvlərinə ən son model "Nimbus 2001" uçan süpürgəsi hədiyyə etməsindən sonra Drako Malfoy Slizerin komandasının yeni tutucusu təyin edilir.
Vozko BK
Vozko BK — Nikolayevskaya vilayətinin Voznesensk şəhərini təmsil edən Ukrayna basketbol komandası. 1996-cı ildə əsası qoyulmuşdur. Klub beş mövsüm Ukraynanın basketbol üzrə Superliqasında iştirak etmişdir. 2005-ci ildə buraxılmışdır . == Tarixi == Nikolayevskaya vilayətinin Voznesensk şəhərini təmsil edən Vozko basketbol komandası 1996-cı ildə "Vozko" yerli dəri birliyinin vəsaiti hesabına təsis edilmişdir. "Vozko" dəri birliyi inflyasiyaya uğrayaraq 2015-ci ildə ləğv olunmuşdur. Komanda müəssisənin adı ilə Vozko adlandırılmışdır.
Mayo Doko
Mayo Doko (d. 3 may 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.