Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Denni DeVito
Daniel Maykl "Denni" De Vito-oğul (ing. Daniel Michael DeVito Jr.; 17 noyabr 1944, Eşberi-Park, ABŞ) — amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. == Həyatı == Denni De Vito 1944-cü ildə ABŞ-də italyan əsilli ailədə anadan olmuşdur. Onun ilk sənəti bərbər olub. De Vito "Uilfred Bərbər Akademiyası"nı bitirmişdir. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Ququ quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindən sonra məşhurlaşır. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kinokampaniyasını yaradır ("Jersey Films" kompaniyası).