Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
Domokoş Koşar
Domokoş Koşar (mac. Kosáry Domokos; 31 iyul 1913, Banska Ştyavnisa – 15 noyabr 2007, Budapeşt) — 1990-1996-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış macar tarixçisi və yazıçısı. == Fəaliyyəti == Domokoş Selmecbanyada anadan olmuş və İkinci Dünya müharibəsi zamanı Macarıstanın Almaniya ilə əməkdaşlıq etməsinə qarşı çıxmışdır. 1956-cı ildə uğursuz Macarıstan inqilabından sonra kommunist rejiminə qarşı çıxdığı üçün həbs olunmuşdu. Domokoş 1990-cı ildə Macarıstan Elmlər Akademiyasının (MEA) prezidenti seçilmiş və 1993-cü ildə ikinci dəfə üç il müddətinə yenidən seçilmişdir. MEA-da daha yeni, daha demokratik qanunlar həyata keçirtmək üçün səy göstərmişdi. MEA-nı tənzimləyən yeni qanunlar 1994-cü ildə Macarıstan Parlamenti tərəfindən qəbul edilmişdir. Domokoş Koşar 15 noyabr 2007-ci ildə 95 yaşında Budapeşt şəhərində vəfat etmişdir.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. == Həyatı == Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. == Filmoqrafiya == Boşboğaz (film, 1978) / rus.
Domokos döyüşü
Domokos döyüşü (türk. Dömeke Savaşı) Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında baş vermiş döyüşdür. Bu döyüş Yunan-Türk müharibəsinin (1897) bir hissəsi olmuşdur. == Zəmin == Yunanıstan Krit adasını birləşdirməyə cəhd etdikdən sonra Osmanlı limanı Yunanıstana müharibə elan etdi. Elassonada (türk. Alasonya) Osmanlı ordusunun komandanı Ədhəm paşa idi (sonradan o, Qazi titulu qazandı). O, Osmanlı ordusunun gənc generallarından biri idi (o zaman 46 yaşı vardı) və onun təyin olunması çoxlarını çaşdırmışdı. Yunan ordusunun komandanı Şahzadə Konstantin idi. Domokosdakı Osmanlı ordusu 45000, Yunan ordusu isə 40000 nəfər idi. Yunanıstan tərəfdən həm də Rikiotti Qaribaldinin başçılığı altında 2000 italyan nizamsız əsgəri var idi.