Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anjela Doroqan
Anjela Doroqan (2 noyabr 1989, Kişinyov) — 2007–2009-cu illərdə Moldovanı, 2010–2018-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, Avropa Oyunlarının qalibi. == Karyerası == Anjela Doroqan birinci ciddi uğurunu 2009-cu ildə qazandı. Doroqan yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalının sahibi oldu. Bu uğur Anjela Doroqan 2009-cu ilə qədər Moldova yığmasında sahib olduğu yeganə uğur idi. Daha sonra, Azərbaycan yığmasında çıxış edən Anjela Doroqan müxtəlif beynəlxalq yarışlarda medallar qazandı. Anjela Doroqan 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 53 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Türkiyəli Mərvə Kəngəri 8:2, daha sonra isə Macarıstanlı Mercedesz Denesi 4:0 və Moldovalı Nataliya Budunu 7:2 hesabları ilə məğlub etdi və finala adladı. Finalda Polşa güləşçisi Roksana Zasina ilə üz-üzə gələn Anjela Doroqan 3:2 hesablı qələbə qazandı və I Avropa Oyunlarının çempionu oldu. Anjela Doroqan Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edildi.
Didye Droqba
Didye İv Droqba Tebili (fr. Didier Yves Drogba Tébily; 11 mart 1978[…], Abican) — Kot-d'İvuar futbolçusu, Türkiyənin Qalatasaray klubunun hücumçusu və Kot-d'İvuar milli futbol komandasının kapitanı. Kot-d'İvuar futbol tarixinin ən yaxşı bomdbardiri. Qolların cəminə görə isə bu komandanın tarixində 4-cü yerdədir. İngiltərə Premyer-liqasında 100 qol vuran ilk afrikalı futbolçu. == Karyerası == Didye Droqba 1978-ci il martın 11-də Kot-d'İvuarda anadan olub. "Tito" ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgə Fransaya gəlir. Fransada futbolun sirlərinə yiyələnməyə başlayan "Tito" ilk peşəkar müqaviləsini 1998-ci ildə Le-Man klubu ilə bağlayır. Daha sonra Genqam klubuna transfer olunan Droqba 2003-cü ildə Olimpik Marsel klubuna keçir. Yeni klubunun heyətində 35 oyuna 18 qol vuran Droqba dünya futbolunda özündən söz etdirməyi bacarır.
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Dördqat Sovet İttifaqı Qəhrəmanı
Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) — 2 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir.