Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rza Darablı
Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933). == Həyatı == Rza Darablı 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən arasıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasındakı Məstavər obrazının ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib.