Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uldız
Uldız (IV əsr – 412) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Şərqi Romaya (Bizansa) meydan oxudu. O, 404-409-cu illərdə Bizans üzərinə hücum etdi.Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi.Bizans sülh bağlamağa məcbur oldu. Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Qaradonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında çox məlumat yoxdur. Onun ölümündən sonra, 410-cu ildə hakimiyyətə Qaradon xan keçdi.
Aloe juddii
Aloe juddii (lat. Aloe juddii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Judit Batler
Judit Batler (ing. Judith Butler; 24 fevral 1956[…], Klivlend, Ohayo) — feminizm, kivr-nəzəriyyəsi, siyasi fəlsəfə və etika mövzularına əhəmiyyətli təsir göstərmiş poststrukturalizm nümayəndəsi olan Amerikalı filosof. Fəlsəfə doktoru, Berklidəki Kaliforniya Universitetinin professorudur (1993-dən). Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2007), Britaniya Akademiyasının müxbir üzvüdür (2015). Ən məşhur kitabı "Cinsiyyət Problemi: Feminizm və şəxsiyyətin dəyişməsi"-dir (ing. "Gender Trouble: Feminism and the Subversion of Identity"). == Bioqrafiyası == Rus və Macar əsilli yəhudi ailəsində anadan olub. Əvvəl Beninqton kollecində, sonra Yel Universitetində fəlsəfə təhsili alır, burada 1978-ci ildə bakalavr dərəcəsini və 1984-cü ildə doktorluq dərəcəsini alır. 1984–1993-cü illərdə Uesleyan Universitetində, Corc Vaşinqton Universitetində və Cons Hopkins Universitetində dərs demişdir. 1993-cü ildən Berkli Kaliforniya Universitetində ritorika və müqayisəli ədəbiyyat üzrə professordur.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). == Həyatı == Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
Judit Blant-Litton, 16-cı baronessa Uentvort
Judit Enn Dorota Blant-Litton, 16-cı Baronessa Uentvort (ing. Judith Anne Dorothea Blunt-Lytton, 16th Baroness Wentworth, 6 fevral 1873, London – 8 avqust 1957, Krouli, Uest Sasseks[d]) — ərəb at yetişdiricisi və tennisçi. 1917–1957-ci illərdə Crabbet ərəb damazlığının sahibi olaraq, onun ərəb atı yetişdirilməsində rolu çox böyükdür. Bu gün dünyadakı bütün ərəb atlarının 90 faizindən çoxu öz nəsillərində Crabbet qanını daşıyır.
Judit Blant-Litton (16-cı baronessa Uentvort)
Judit Enn Dorota Blant-Litton, 16-cı Baronessa Uentvort (ing. Judith Anne Dorothea Blunt-Lytton, 16th Baroness Wentworth, 6 fevral 1873, London – 8 avqust 1957, Krouli, Uest Sasseks[d]) — ərəb at yetişdiricisi və tennisçi. 1917–1957-ci illərdə Crabbet ərəb damazlığının sahibi olaraq, onun ərəb atı yetişdirilməsində rolu çox böyükdür. Bu gün dünyadakı bütün ərəb atlarının 90 faizindən çoxu öz nəsillərində Crabbet qanını daşıyır.